Həndbol üzrə ölkə çempionatında 5-ci turun oyunları olub.
Qadınların mübarizəsində “İdman Akademiyası” “Gənclər Birliyi”nə 28:20 hesabı ilə qalib gəlib.
Lider “Qarabağ” növbəti uğuru “Bakı” üzərində qazanıb. Qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” həndbolçularının üstünlüyü hesabda da əksini tapıb - 41:12.
Turun maraqlı oyunu “Azəryol” və “Kür” arasında olub. İlk hissəni meydan sahibləri 14:13 hesabı ilə xeyirlərinə tamamlayıblar. Fasilədən sonra görüş daha gərgin idman mübarizəsində keçib. “Azəryol” son dəqiqələrdə 30:28 hesabı ilə öndə olarkən, komandanın üzvü Marta Slemanova meydandan kənarlaşdırılıb. Say üstünlüyü qazanan qonaqlar bu fürsətdən yararlanıb. Ardıcıl iki qol vuran “Kür” məğlubiyyətdən xilas olub - 30:30.
Maksimum nəticə göstərən “Qarabağ” 10 xalla liderdir. Hesabında 7 xalı olan “Azəryol” və “Kür” 2-ci - 3-cü yerləri bölüşür. “İdman Akademiyası” 4 xalla 4-cü, “Bakı” 2 xalla 5-cidir. Xal qazana bilməyən “Gənclər Birliyi” isə sonuncu yerdədir.
Kişilərin turnirində də 5-ci tur maraqlı oyunlarla yadda qalıb.
“Təhsil” - “Qarabağ” matçında gənc həndbolçular çox çalışsalar da, güclü rəqibin hücumlarının qarşını ala bilməyiblər – 22:36.
Gərgin mübarizə şəraitində keçən “Bakı” – “Azəryol” görüşünün fasiləsinə 1 topluq üstünlüklə yollanan meydan sahibləri üstünlüyü sonadək qoruya bilməyib. Yüksək əzmkarlıq göstərən “Azəryol” geridönüş etməyi bacarıb. Xüsusilə matçın sonlarında daha inamlı təsir bağışlayan “Azəryol” həndbolçuları 31:29 hesablı qələbə qazanıblar.
Turun son matçında “İdman Akademiyası”nı qəbul edən “Kür” isə rəqibinə çətinlik çəkmədən qalib gəlib - 42:17. Bu qələbə ilə xallarının sayını 10-a çatdıran “Kür” ilk pillədəki yerini möhkəmlədib. “Bakı” və “Qarabağ” 6 xalla müvafiq olaraq 2-ci - 3-cü yerdə qərarlaşıb. 4 xallı “Azəryol” 4-cü, ondan 2 xal az toplayan “İdman Akademiyası” 5-ci yerdədir. “Təhsil” və “Dinamo” isə autsayderdir.
İsgəndər Əsgərov “Beşiktaş”ın oyununda
1261
21.02.2025
“Bakı” liderlə xal fərqini aradan qaldırdı
1820
29.04.2024
Milli komandamız Malta sınaqlarını başa vurdu
2366
13.01.2019
Favoritlər qələbə qazandılar
2456
26.10.2019
Azərbaycan çempionatlarında növbəti turun mənzərəsi
1185
17.04.2025
Mingəçevir zona yarışlarının qalibi olub
1297
24.03.2025
Azərbaycan çempionatı: IV turun oyun cədvəli
2097
01.12.2023
Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək
2281
16.07.2018