Kişi həndbolçulardan ibarət milli komandamız 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəni başa vurub.
“B” qrupunun Maltada təşkil olunan oyunlarında, komandamızın rəqibləri Kipr, Gürcüstan və ev sahibi - Malta kollektivi olub.
Yanvarın 11-də Kiprlə qarşılaşan həndbolçularımız 17:25 hesabı ilə uduzublar.
Ertəsi gün Gürcüstanla görüşən komandamız bərabər mübarizə şəraitində keçən qarşılaşmanın sonlarında rəqibin fərqlənməsinə mane ola bilməyib - 25:30.
Yanvarın 13-də isə həndbolçularımız Malta seçməsi ilə üz-üzə gəliblər. Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. İlk hissəni 16-11 hesabı ilə başa vuran Azərbaycan millisi qalan vaxtda da üstünlüyü əldən verməyərək, 27:24 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə qrup qalibi olan Kipr komandası yüksəlib.
"Azərsu" ilə "Azəryol" münasibətləri aydınlaşdıra bilmədi
2452
13.01.2018
Liderlərin mübarizəsindən "Məhsul" qalib ayrılıb
2163
14.12.2019
Həndbol üzrə zona yarışı başa çatıb
2663
23.03.2023
Avropa Kuboku: Qarabağ (Azərbaycan) – Differdanj (Lüksemburq) 27:24 (16:14)
1687
05.10.2024
Avropa kuboku: Azəryol (Azərbaycan) - Yunion Kornoyburq (Avstriya) 33:29 (21:14)
382
05.10.2025
Azərbaycan çempionatında pley-off mərhələsinə start verilib
2292
24.03.2018
“Azəryol” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib
2578
08.09.2019
İsgəndər Əsgərov Buxarestə yollanacaq
2858
19.03.2019