“Bakı” liderlə xal fərqini aradan qaldırdı

29.04.2024
1715
Paylaş:

“Bakı” liderlə xal fərqini aradan qaldırdı


Kişi həndbolçuların Azərbaycan çempionatında 18-ci turun oyunları keçirilib. Maraqlı mübarizə vəd edən görüşlərdən birində “Bakı” ilə “Azəryol” üz-üzə gəlib. Mükafatlar uğrunda yarışan komandaların “AHF Arena”da keçirilən oyununu beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub. Ötən tur “Qarabağ”la oyunda yüksək əzmkarlıqla məğlubiyyətdən qurtulan “Bakı” meydançaya ruh yüksəkliyi ilə çıxmışdı. Mingəçevirdə ağır məğlubiyyətə uğrayan “Azəryol” da azarkeşlərini sevindirmək niyyətində idi. Hər iki komandanın qələbə əzmi ilk dəqiqələrdən özünü büruzə verib. Effektli hücumlarla müşaiyət olunan xala-xal prinsipi ilk hissənin hesabında da əksini tapıb. Rəqiblər fasiləyə nominal ev sahibinin cəmi 2 top fərqli üstünlüyü ilə yollanıblar - 16:14.


İkinci hissəyə fəal başlayan “Azəryol” tezliklə geriliyi aradan qaldırmaqla azarkeşlərini ümidləndirib.  Dərhal toparlanan “Bakı” yenidən hesabda irəli çıxıb. Ümumiyyətlə oyunun gedişində üstünlük gah bu, gah da digər komandanın tərəfində olub. Təsadüfi deyil ki, sona iki dəqəqə qalmış tablodakı rəqəmlər 29:29-u göstərib. Amma matçın sonluğunu daha inamlı keçirən Sabir Nəzərəliyev və komanda yoldaşları azarkeşlərini sevindirməyi bacarıblar – 31:29.


Bu qələbə ilə xallarını 24-ə çatdıran “Bakı” lider “Kür”lə fərqi aradan qaldırıb.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub

3080 12.05.2023

IX turun oyun cədvəli

1766 30.01.2024

Kişi həndbolçularımız Ukraynanın “Şaxtyor” komandasını məğlubiyyətə uğradıblar

2312 04.05.2017

Qadın həndbolçuların Azərbaycan çempionatında XI turdan sonra turnir cədvəli

2067 21.02.2024

31 mart -Azərbaycanlıların Soyqırımı Günüdür

1030 31.03.2025

20 Yanvar Ümumxalq Hüzn Günüdür

1888 20.01.2024

“Olimpiya” komandasından ardıcıl qələbələr

2371 21.12.2018

Ölkə çempionu əsas rəqibinə qalib gəldi

2499 21.10.2019