Azərbaycan çempionatlarında növbəti turun mənzərəsi

17.04.2025
1186
Paylaş:

Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna aprelin 18-də start veriləcək. Həmin gün saat 11:30-da I-IV yerlər uğrunda yarışan “Qarabağ”la “İdman Akademiyası” üz-üzə gələcək. Ertəsi gün saat 12:00-da “Azəryol” və “Kür” komandaları qarşılaşacaqlar. “AHF Arena”da keçiriləcək oyun Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.


Kişi həndbolçuların final mərhələsində I-IV yerlər uğrunda yarışan komandaların növbəti turu isə aprelin 19-da start götürəcək. Saat 10:00-da “AHF Arena”nın meydançasına “Bakı” və “Qarabağ” komandaları çıxacaqlar. Aprelin 20-nə təyin olunan “Kür”-“Azəryol” görüşü daha böyük maraqla gözlənilir. Saat 15:00-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlanacaq oyun Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.    Aprelin 23-də isə saat 19:30-da “Qarabağ” – “Azəryol” matçının start fiti səslənəcək.

Digər Xəbərlər

Seçmə komandamız 3 yoxlama görüşü keçirib

2510 24.05.2018

Qadın həndbolçuların ölkə çempionatında III turdan sonra turnir cədvəli

167 26.12.2025

Seçmə komandamız açıq Avropa çempionatında Estoniya hədbolçuları ilə üz-üzə gəlib

2251 04.07.2018

Yeniyetmə həndbolçularımız beynəlxalq yarışa qatılacaqlar

2546 23.05.2018

1/2 final: “Astana” (Qazaxıstan) - Özbəkistan millisi 35:36

1515 31.08.2024

Qazaxıstan millisindən uğurlu start

1182 30.08.2025

Qadın həndbolçuların Azərbaycan çempionatında XV turun nəticələri

2323 11.03.2023

Həndbol hakimlərimiz yeni təyinat alıblar

324 14.11.2025