2010-cu il və daha kiçik yaş qrupundan olan oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilib. Əvvəlcə Qərb bölgəsini təmsil edən komandalar qalib və mükafatçıları müəyyənləşdiriblər. Şəmkir Olimpiya Kompleksində keçirilən yarışın nəticələrinə əsasən 8 xal toplayan Mingəçevir kollektivi mübarizəni 1-ci pillədə başa vurub. Qazax idmançıları 6 xalla ikinci, Göygöl komandası 4 xalla üçüncü pillədə qərarlaşıb. 2 xal toplayan Gəncə məktəbliləri 4-cü yeri tutublar. Bütün oyunlarda məğlub olan Şəmkir kollektivi sonuncu olub.
Növbəti zona yarışı martın 26-da Cəlilabad Olimpiya Kompleksində baş tutacaq. Burada Cənub bölgəsinin Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Neftçala və Yardımlı komandaları mübarizə aparacaqlar.
Qeyd edək ki, zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.
Avropa Kuboku: Qaliçanka (Ukrayna) - Azəryol (Azərbaycan) 32:16 (19:9)
1604
06.10.2024
Qadın həndbolçuların Azərbaycan çempionatında iki turun oyunları keçirilib
2397
05.02.2023
Avropa çempionatı: ESP (İspaniya) - SLO (Sloveniya) 28:20
2135
13.08.2023
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnir davam edir
1208
31.08.2025
Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar
2505
21.05.2019
Kişi həndbolçularımız Bolqarıstanda qələbələri sıralayırlar
2422
17.06.2017
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar
2446
31.10.2022
Azərbaycan həndbol ictimaiyyətinə ağır itki
156
19.12.2025