Kişi həndbolçuların Azərbaycan çempionatı davam edir. Yarışın üçüncü turu da favoritlərin qələbəsi ilə başa çatıb. “ABU Arena”nın meydançasına ilk olaraq “Məhsul” və “U-18”komandaları çıxıblar. Ölkə çempionunun üstünlüyü şəraitində keçən qarşılaşma 34:18 hesabı ilə nəticələnib.
Günün ikinci görüşü daha gərgin mübarizə ilə yadda qalıb. “Təhsil” və “Bakı” komandalarının görüşündə qapılara 64 qolvurulub. Nominal ev sahibi rəqibə ciddi müqavimət göstərsə də, məğlubiyyətdən qurtula bilməyib. Yüksək əzmkarlıq nümayiş etdirən “Bakı” 35:29 hesabı ilə qalib gəlib.
Kişilərin mübarizəsində növbəti turun oyunları noyabrın 9-da keçiriləcək. “ABU Arena”nın meydançasında “Məhsul” “Təhsil”lə, “U-18” “Bakı” ilə üz-üzə gələcək.
Qadınların çempionatında isə 4-cü turun görüşləri noyabrın 6-da olacaq. Həmin gün lider “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa çəkəcək. “Azəryol” isə “Azərsu” ilə qarşılaşacaq.
Rəfiqə Şabanova Fəxri fərmanla təltif olunub
3380
31.10.2018
Zəfər Gününüz Mübarək!
2422
08.11.2023
Avropa kuboku: Balatonfüred (Macarıstan) - Kür (Azərbaycan) 42:19 (22:8)
319
11.10.2025
Avropa Kuboku turnirində klublarımızın rəqibləri müəyyənləşdi
1381
15.07.2025
Həndbol ictimaiyyətinə ağır itki üz verib
2857
27.09.2019
AHF-də iclas keçirilib
2833
14.11.2021
Kişi həndbolçuların ölkə çempionatında II turdan sonra turnir cədvəli
168
15.12.2025
Mingəçevir və Qazax komandaları Azərbaycan birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar
2256
22.03.2024