Ölkə çempionu kubok yarışında mübarizəni dayandırdı

24.05.2024
1757
Paylaş:

Həndbol üzrə XXX  Azərbaycan kubokunun ¼ final mərhələsinə start verilib.


İlk oyun gününün “AHF Arena”da keçirilən maraqlı qarşılaşmasında “Kür” və  “Azəryol” komandaları üz-üzə gəliblər. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi görüşün deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.


Ölkə çempionu ilə bürünc mükafatçının kubokdakı görüşü də gərgin və maraqlı mübarizə vəd edirdi. Oyuna daha yaxşı başlayan “Azəryol” effektli hücumlar sayəsində hesabda irəli çıxmağı bacarıb. Təşəbbüsü əldən verən “Kür”ün tarazlıq yaratmaq istəyi nəticəsiz qalıb. Müdafiədə intizamlı oynayan Vidadi Əliyevin komandası matçın əvvəlində yiyələndiyi üstünlüyü qorumaqla fasiləyə 5 topluq fərqlə yollanıb - 15:10.


İkinci hissəyə kəsərli hücumlarla başlayan Mingəçevir həndbolçuları matçın gedişində fərqi iki topadək endirməyə nail olsalar da, tezliklə toparlanan “Azəryol” yenidən təşəbbüsə yiyələnib və hesabdakı fərq də artan xətt üzrə inkişaf edib. “Kür”ün əzmkarlığı oyunun sonlarında azarkeşlərini bir qədər ümidləndirsə də, intizamı pozulmayan paytaxt təmsilçisi rəqibin fərqi 3 topdan artıq azaltmasına imkan verməyib. Beləliklə, 30:27 hesablı qələbə çalan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.


İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyunda daha inamlı təsir bağışlayan “İdman Acidemiası” 32:21 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

Azərbaycan çempionatında mübarizə davam edir

2745 21.12.2017

Azərbaycan çempionatı: III turun növbəti oyunları

1585 28.09.2024

Azərbaycan çempionu yeni mövsümə qələbə ilə başladı

1452 14.09.2024

Həftəsonu həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçiriləcək

1180 11.04.2025

"Qarabağ" uğurlu seriyanı davam etdirir

2316 23.10.2019

Həndbol hakimlərimiz Çempionlar Liqasında

2477 29.01.2021

Mingəçevir zona yarışlarının qalibi olub

1298 24.03.2025

Azərbaycan çempionatı: VIII turun oyun cədvəli

1945 25.01.2024