Qadın həndbolçuların XXXI Azərbaycan çempionatının ilk turunda maraqlı görüşlərdən biri “Azəryol” və “Qarabağ” komandaları arasında olub. “AHF Arena”da keçirilən mərkəzi oyunu beynəlxalq dərəcəli hakimlər Vaqif Əliyevlə Ələkbər Ağakişiyev idarə edib. Qarşılaşmanın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Ötən mövsümün qalibi ilə bürünc mükafatçısının görüşü gərgin və maraqlı mübarizə vəd edirdi. Gözlənildiyi kimi oyuna daha inamlı başlayan ölkə çempionu tədricən təşəbbüsə yiyələnib. Hissənin ortalarına doğru bunu hesabda əks etdirməyi bacaran “Qarabağ” fasiləyə 17:10 hesablı üstünlüklə yollanıb. Qarşılaşmanın ikinci hissəsi daha maraqlı mübarizə ilə yadda qalıb. Xeyli fəallaşan “Azəryol” komandası geriliyi aradan qaldırmaq üçün yüksək əzmkarlıq göstərib. Nominal qonaqlar rəqibin təhlükəli həmlələrini dəf edərkən kobudluqdan da çəkinməyiblər ki, bu, qırmızı vərəqəyə də gətirib çıxarıb. 54-cü dəqiqədə Leyla İbrahimovanın meydançadan kənarlaşdırılması “Azəryol” üçün say üstünlüyü qazandırsa da, qapıçı İrina Pançenkonun həm bu, həm də digər oyun epizodlarındakı inamlı çıxışı nəticəyə təsirsiz ötüşməyib. Vəziyyəti dəyişmək istəyən “Azəryol” çox çalışsa da, gücü yalnız fərqi 3 topadək endirməyə çatıb. Beləliklə, “Qarabağ” mövsümə 26:23 hesablı qələbə ilə başlayıb.
Kişi həndbolçulardan ibarət “Kür” komandası da, yeni mövsümə uğurla start verib. İlk turda “Qarabağ”ın qonağı olan Mingəçevir təmsilçisi azarkeşlərini 45:19 hesablı qələbə ilə sevindirib.
“Məhsul” Azərbaycan çempionudur
2602
15.04.2019
İsgəndər Əsgərov yeni təyinat alıb
363
17.10.2025
Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər
2223
13.05.2017
AHF-də yeni mövsüm müzakirə olundu
1682
07.08.2024
Kişi həndbolçularımız beynəlxalq turnirə qatılacaqlar
2243
18.03.2017
“Azəryol” "Kristianstad”la mübarizəyə start verdi
2450
02.02.2018
Kişi həndbolçuların dördüncü dünya çempionatı davam edir
2318
29.04.2023
Ölkə çempionatı :“Bakı” çətin Mingəçevir səfərinə yollanır
1918
13.03.2024