Ölkə çempionu kubok yarışında mübarizəni dayandırdı

24.05.2024
693
Paylaş:

Həndbol üzrə XXX  Azərbaycan kubokunun ¼ final mərhələsinə start verilib.


İlk oyun gününün “AHF Arena”da keçirilən maraqlı qarşılaşmasında “Kür” və  “Azəryol” komandaları üz-üzə gəliblər. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi görüşün deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub.


Ölkə çempionu ilə bürünc mükafatçının kubokdakı görüşü də gərgin və maraqlı mübarizə vəd edirdi. Oyuna daha yaxşı başlayan “Azəryol” effektli hücumlar sayəsində hesabda irəli çıxmağı bacarıb. Təşəbbüsü əldən verən “Kür”ün tarazlıq yaratmaq istəyi nəticəsiz qalıb. Müdafiədə intizamlı oynayan Vidadi Əliyevin komandası matçın əvvəlində yiyələndiyi üstünlüyü qorumaqla fasiləyə 5 topluq fərqlə yollanıb - 15:10.


İkinci hissəyə kəsərli hücumlarla başlayan Mingəçevir həndbolçuları matçın gedişində fərqi iki topadək endirməyə nail olsalar da, tezliklə toparlanan “Azəryol” yenidən təşəbbüsə yiyələnib və hesabdakı fərq də artan xətt üzrə inkişaf edib. “Kür”ün əzmkarlığı oyunun sonlarında azarkeşlərini bir qədər ümidləndirsə də, intizamı pozulmayan paytaxt təmsilçisi rəqibin fərqi 3 topdan artıq azaltmasına imkan verməyib. Beləliklə, 30:27 hesablı qələbə çalan “Azəryol” ölkə kubokunun yarımfinalına yüksəlib.


İlk oyun gününün digər görüşündə qadınlardan ibarət “Bakı” və “İdman Akademiyası” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizə şəraitində keçən oyunda daha inamlı təsir bağışlayan “İdman Acidemiası” 32:21 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

Ölkə çempionatının favoritləri növbəti qələbələrini qazanıblar

1350 28.10.2017

Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub

1451 29.05.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında XV turun nəticələri

1246 11.03.2023

Bu gün Azərbaycan Gəncləri Günüdür

820 02.02.2024

Avropa Kuboku, III mərhələ: Qarabağ (Azərbaycan) - Qaliçanka (Ukrayna) 19:34 (6:14)

376 17.11.2024

Seçmə komandamız təlim-məşq toplanışlarını davam etdirir

1325 03.04.2017

"Məhsul" liderliyi davam etdirir

1338 17.02.2020

XI turun ilk oyun gününün nəticələri

959 17.02.2024