“Bakı” liderlə xal fərqini aradan qaldırdı
Kişi həndbolçuların Azərbaycan çempionatında 18-ci turun oyunları keçirilib. Maraqlı mübarizə vəd edən görüşlərdən birində “Bakı” ilə “Azəryol” üz-üzə gəlib. Mükafatlar uğrunda yarışan komandaların “AHF Arena”da keçirilən oyununu beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Qarşılaşmanın deleqatı beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub. Ötən tur “Qarabağ”la oyunda yüksək əzmkarlıqla məğlubiyyətdən qurtulan “Bakı” meydançaya ruh yüksəkliyi ilə çıxmışdı. Mingəçevirdə ağır məğlubiyyətə uğrayan “Azəryol” da azarkeşlərini sevindirmək niyyətində idi. Hər iki komandanın qələbə əzmi ilk dəqiqələrdən özünü büruzə verib. Effektli hücumlarla müşaiyət olunan xala-xal prinsipi ilk hissənin hesabında da əksini tapıb. Rəqiblər fasiləyə nominal ev sahibinin cəmi 2 top fərqli üstünlüyü ilə yollanıblar - 16:14.
İkinci hissəyə fəal başlayan “Azəryol” tezliklə geriliyi aradan qaldırmaqla azarkeşlərini ümidləndirib. Dərhal toparlanan “Bakı” yenidən hesabda irəli çıxıb. Ümumiyyətlə oyunun gedişində üstünlük gah bu, gah da digər komandanın tərəfində olub. Təsadüfi deyil ki, sona iki dəqəqə qalmış tablodakı rəqəmlər 29:29-u göstərib. Amma matçın sonluğunu daha inamlı keçirən Sabir Nəzərəliyev və komanda yoldaşları azarkeşlərini sevindirməyi bacarıblar – 31:29.
Bu qələbə ilə xallarını 24-ə çatdıran “Bakı” lider “Kür”lə fərqi aradan qaldırıb.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
Çempionatın vahid lideri müəyyənləşib
1335
19.03.2018
Qadın həndbolçuların Azərbaycan çempionatında XI turdan sonra turnir cədvəli
1056
21.02.2024
Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı tədbir keçirilib
1484
29.07.2017
İslamiada: Millimizin finaldakı rəqibi Türkiyə komandası olacaq
1348
13.05.2017
İsgəndər Əsgərov yeni təyinat alıb
1234
30.11.2023
"Məhsul" liderliyi davam etdirir
1498
10.02.2020
Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib
1298
22.01.2023
Qadın həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli
1066
28.12.2023