"Məhsul" liderliyi davam etdirir

10.02.2020
2459
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatında  fasilə  başa  çatıb.  10-cu  turun  ilk  görüşündə  “Məhsul”  və   “Təhsil”  komandaları  üz-üzə  gəliblər.  Meydançaya  qələbə  üçün  çıxan  “Məhsul”   İlk  dəqiqələrdən  üstünlüyü  ələ  alaraq  matçı  qələbə  ilə  başa  vurub  –  33:24.

Günün  digər  oyununda   “Bakı”  U-18  komandasını  sınağa  çəkib.  U-18  çox  çalışsa  da,  rəqibin  kəsərli  həmlələrini  zərərsizləşdirə  biməyib.  Daha  inamlı  oyun  nümayiş  etdirən  “Bakı”  azarkeşlərinin  etimadını  doğruldub  –  35:22.

Növbəti  qələbəsini  qazanan  “Məhsul”  komandası  18  xalla  çempionatın  vahid  lideridir.  “Bakı”  ondan  iki  xal  geri  qalır.  Üçüncü  pillənin  sahibi  “Təhsil”in  aktivində  3  xal  var.  U-18  1  xalla  yarış  cədvəlinin  autsayderidir.

Fevralın  15-inə  təyin  olunan  11-ci  turda  azarkeşlər  “Bakı”   -  “Məhsul”  “Təhsil”  –  U-18  görüşlərinin  şahidi  olacaqlar.

Fevralın  12-də  isə  qadın  həndbolçuların  ölkə  çempionatında  növbəti  oyunlar  keçiriləcək.  Həmin  gün  “Qarabağ”  “Azəryol”la,  “Azərsu”   “İdman  Akademiyası”  ilə  üz-üzə  gələcək.

Digər Xəbərlər

Qadın həndbolçuların Azərbaycan çempionatında X turdan sonra turnir cədvəli

2185 14.02.2024

Həndbol üzrə zona yarışı başa çatıb

2662 23.03.2023

“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

1968 17.03.2024

AHF nümayəndəsi Türkiyəyə yollanacaq

2502 06.02.2017

Azərbaycan çempionatında mübarizə davam edir

2744 21.12.2017

Azərbaycan çempionatında II turun növbəti oyunlarının nəticələri

2291 19.11.2023

Ölkə çempionatı: "Kür" - "Azəryol" 31:26 (17:11)

7 18.01.2026

“Nur” və “Məhsul” klubları növbəti qələbələrini qazanıblar

2402 19.08.2017