Çempionatın vahid lideri müəyyənləşib

19.03.2018
2280
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  14-cü  tur  da  arxada  qalıb.

Son  oyun  günündə  diqqətlər  əsasən  "Azəryol  -  "Azərsu"  görüşündə  idi.  Çempionluğa  iddialı  rəqiblərin  qarşılaşmasında  daha  yüksək  əzmkarlıq  göstərən  "Azərsu"  inamlı  qələbə  qazanıb  -  38:26.   "İdman  Akademiyası"  -  "Qarabağ"  matçında  isə   imkanları  daha  yüksək  qiymətləndirilən  "Qarabağ"  azarkeşlərin  etimadını  doğruldub  -  36:24.

Xatırladaq  ki,  turun  açılış  matçında  Mingəçevirin  "Nur"  komandası  "Gənclər  Birliyi"ni  böyük  hesablı  məğlubiyyətə  uğratmışdı.  "Kür"  Olimpiya  İdman  Mərkəzində  keçirilən  qarşılaşma  44-18  hesabı  ilə  nəicələnmişdi.

14  turdan  sonra   aktivinə  24  xal  yazdıran  "Azərsu" çempionatın  vahid  lideridir. Ən  yaxın  izləyicisi  "Azəryol"  ondan  4  xalı  geri  qalır.  "Qarabağ"  komandası  17  xalla  üçüncüdür.  4-cü  yerdəki  "Nur"un  16  xalı  var.  "Gənclər  Birliyi"  4  xalla  5-ci  pillədə  qərarlaşıb.  Autsayder  "İdman  Akademiyası" isə cəmi  2  xal  toplayıb.

Digər Xəbərlər

Azərbaycan çempionatı: II turun son oyunu

1666 22.09.2024

Həndbol üzrə XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib

2334 19.10.2022

Azad Rəhimovun vəfatından bir il ötür

2363 30.04.2022

Ölkə çempionatı :“Bakı” çətin Mingəçevir səfərinə yollanır

1920 13.03.2024

Həndbol üzrə XXX Azərbaycan çempionatında I turun oyun cədvəli

2691 10.11.2023

“Azəryol” finala yüksəldi

1279 21.05.2025

Bakıda keçirilən beynəlxalq turnirin qalibi müəyyənləşdi

2461 10.05.2019

Həndbol üzrə XXV Azərbaycan çempionatına hazırlıq işləri yekunlaşmaq üzrədir

2239 29.09.2017