Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıq davam etdirilir. Bununla bağlı keçirilən iclasda Azərbaycan Həndbol Federasiyasının (AHF) nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.
Tədbirdə mövcud klubların gücləndirilməsi və yenilərinin yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib. Federasiyanın yeni rəhbərliyinin səmərəli fəaliyyəti nəticəsində klubların xeyli artdığı, həndbol ilə mütəmadi məşğul olan komandaların sayının 10-a çatdırıldığı vurğulanıb. Bildirilib ki, bütün bu işlər federasiya rəhbərliyinin daim diqqət mərkəzindədir. Həndbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlər artıq öz bəhrəsini verir. Təsadüfi deyil ki, qadın həndbolçulardan ibarət Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının qalibi adına layiq görülən ilk komanda olub. Qazanılan uğurlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın idmana diqqət və qayğısının nəticəsidir.
İclasda həmçinin yaxın vaxtlarda nəzərdə tutulan çimərlik həndbolu üzrə Azərbaycan çempionatı barədə ətraflı məlumatlar səsləndirilib. Yarışın yüksək səviyyədə təşkil olunması üçün konkret tapşırıqlar verilib. Qeyd olunub ki, ölkəmizdə çimərlik həndbolu üzrə Azərbaycan çempionatı ikinci dəfədir keçirilir. Tədbirdə əsas məqsədin çimərlik həndbolunun ölkəmizdə kütləviliyini təmin etmək olduğu vurğulanıb.
İclasda, həmçinin çempionatın avqustun 18-dən 20-dək Bakı Su İdman Sarayında keçiriləcəyi diqqətə çatdırılıb. Eyni zamanda, yarışın təşkili, oyun cədvəli, açılış və bağlanış mərasimləri barədə məlumat verilib.
Çempionata qatılacaq komandaların adları açıqlanıb. Ümumilikdə, qadınlardan ibarət 6, kişilərdən ibarət 4 komandanın mübarizə aparacağı bildirilib.
Sonra yarışların püşkü atılıb, çimərlik həndbolundan bəhs edən videoçarx nümayiş olunub.
Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışa start veriləcək
2431
15.12.2017
Qazaxıstan millisindən uğurlu start
1180
30.08.2025
Azərbaycan çempionatı: III turun növbəti oyunları
1585
28.09.2024
Xocalı soyqırımı - qan yaddaşımız!
2395
26.02.2024
Azərbaycan çempionatı: VIII turun oyun cədvəli
1944
25.01.2024
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
2473
31.03.2024
Azərbaycan kubokunun finalçıları müəyyənləşib
2833
03.03.2019
Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib
2278
02.11.2022