Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub

29.05.2023
1452
Paylaş:

“AHF Arena”da kişilər arasında keçirilən son iki turun oyunları ilə həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub.
XXVII turun ən maraqlı görüşündə “İdman Akademiyası” ilə “Bakı” üz-üzə gəlib. Gərgin mübarizə ilə yadda qalan oyunun əsas vaxtı 39:39 hesabı ilə bitdiyindən məsələyə aydınlıq gətirmək üçün penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən “tələbələr” növbəti qələbəni rəsmiləşdiriblər - 42:41.
Turun digər oyunlarında “Məhsul” “Dinamo”ya 35:27, “Təhsil” RİOEUGİM-ə 28:13 hesabı ilə qalib gəlib.
“Bakı” ilə “İdman Akademiyası”nın XXVIII turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Bu qarşılaşmanın da əsas vaxtı bərabərliklə bitib – 35:35. Penaltilərdən bu dəfə daha yaxşı yararlanaraq “Bakı” istəyini reallaşdıra bilib – 37:36.  “Dinamo” – “Məhsul” görüşü 13:17, RİOEUGİM – “Təhsil” matçı 19:24 hesabı ilə nəticələnib.
Sonra ölkə çempionatının bağlanış mərasimi olub.
28 may Müstəqillik günü münasibəti ilə iştirakçıları təbrik edən AHF-nin baş katibi Yusif Atakişiyev, İdman şöbəsinin müdiri İsgəndər Əsgərov, Olimpiya çempionu Lyudmila Şubina bu dəfəki çempionatın daha gərgin mübarizə şəraitində keçdiyini bildirib, bu mövsüm komandaların sayının artırılmasını sevindirici hal kimi qiymətləndiriblər.
Dövlət himni səsləndirildikdən sonra komandalara diplom medal və hədiyyələr təqdim olunub.
Nəticələrə əsasən, kişi həndbolçular arasında  “İdman Akademiyası” 60 xalla Azərbaycan çempionu adına layiq görülüb. “Dinamo” 52 xala ikinci, “Məhsul” 50 xalla üçüncü yeri tutub.
Qadınlar arasında mübarizədə isə “Azəryol” qızıl, “Qarabağ” gümüş, “İdman Akademiyası” isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda ümumilikdə 7 kişi (Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16) və 5 qadın (Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16) kollektivi mübarizə aparıb.

Digər Xəbərlər

Həndbolçularımız beynəlxalq turnirə qatılıblar

1339 07.02.2018

Azərbaycan çempionatına yekun vurulub

1579 30.04.2019

İsgəndər Əsgərov “Beşiktaş”ın oyununda

224 21.02.2025

Azərbaycanın qadın həndbolçuları “Konya-2021” də növbəti qələbələrini qazanıblar

1738 09.08.2022

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycan - İspaniya 18:38

1047 14.10.2023

“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

1566 23.12.2018

Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində mübarizəyə başlayırlar

1265 29.05.2018

Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə davam edir

1301 16.12.2017