Qadın həndbolçuların Azərbaycan
çempionatında mübarizə davam edir. Həftəsonu 9-cu turun oyunları keçirilib.
“ABU Arena”nın meydançasına əvvəlcə
“Azərsu” və “Qarabağ” komandaları çıxıblar. Gərgin və maraqlı qarşılaşma
“Azərsu”nun qələbəsi ilə nəticələnib. “Qarabağ” həndbolçuları ciddi müqavimətə
rəğmən, məğlubiyyətdən qurtula bilməyiblər - 25:28.
Günün digər oyununda isə “Azəryol” “İdman
Akademiyası” komandasına çətinlik çəkmədən qalib gəlib – 39:27.
Çempionatın 9-cu turuna Tbilisidə
keçiriləcək iki oyunla yekun vurulacaq. Yanvarın 10-u və 11-də yerli “Olimpiya”
ilə “Azəryol” üz-üzə gələcək.
Yarışın 10-cu turuna isə yanvarın 12-də start veriləcək. Həmin gün
“İdman Akademiyası” “Azərsu” ilə, “Qarabağ” “Gənclər Birliyi” ilə qarşılaşacaq.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İliniz Mübarək!
1274
31.12.2024
Azərbaycan çempionatı: III turun ilk oyun gününün nəticələri
2149
25.11.2023
"Qarabağ" favorit üzərində qələbə qazandı
2488
16.10.2019
Kişi həndbolçuların dördüncü dünya çempionatı davam edir
2320
29.04.2023
Millimiz Dünya çempionatına qatılacaq
2271
24.04.2023
Zəfər Gününüz mübarək!
217
08.11.2025
Azərbaycan birinciliyinin final mərhələsi başlandı
1870
28.06.2024
Həndbol hakimimiz beynəlxalq turnirə dəvət alıb
2522
11.03.2017