Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində mübarizəyə başlayırlar

29.05.2018
2262
Paylaş:

Mayın  29-da  Bosniya  və  Herseqovinanın  Tuzla  şəhərində  2000-2001-ci  il  təvəllüdlü  qızlar  arasında  “Challenge  Trophy”  turnirinə  start  verilib.

Milli  komandamız  bu  gün  ev  sahibləri  ilə  qarşılaşacaq.

“KSPC  Mejdan”  arenasında  keçiriləcək  matçın  baş  hakimləri  rumıniyalı  Georgiana  Lunqu  və  Mihaela  Parasçivdir.  Avropa  Həndbol  Federasiyasını  isə  bolqarıstanlı  Rositza  Dimkova  və  avstriyalı  Helmut  Ville  təmsil  edəcəklər.

Qeyd  edək  ki,  Avropa  ölkələri  komandalarının  qatıldığı  çempionatda  8  ölkənin  həndbolçuları  iki  qrupda  mübarizə  aparırlar.  “B”  qrupunda  qərarlaşan  Azərbaycan  millisinin  rəqibləri  -  Böyük  Britaniya,  Bosniya  və  Herseqovina,  Lüksemburq  seçmələridir.  Estoniya,  Moldova,  Belçika  və  Kipr  kollektivləri  isə  “A”  qrupunda  yer  alırlar.

Yarışa  iyunun  3-də  yekun  vurulacaq.

Digər Xəbərlər

Zəfər Gününüz mübarək!

217 08.11.2025

İsgəndər Əsgərov Bolqarıstan-Türkiyə oyununa təyinat alıb

118 06.01.2026

İsgəndər Əsgərovun 65 yaşı tamam olur

1984 02.06.2024

Avropa Kuboku, III mərhələ: Kür (Azərbaycan) - Haukar (İslandiya) 27:38 (13:16)

1326 01.12.2024

Milli komanda Varna sınaqlarına hazırlaşır

1297 06.03.2025

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

1489 06.01.2025

Həndbol üzrə qadınlardan ibarət millilərinin Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb

2429 03.11.2022

Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir

2534 28.10.2018