Azərbaycan çempionatına yekun vurulub

30.04.2019
2514
Paylaş:

Kişi  həndbolçuların  ardınca   qadın  həndbolçuların  Azərbaycan  çempionatına  da  yekun  vurulub.  Son  turun  görüşlərində  “Azərsu”  “İdman  Akademiyası”na  36:23  hesabı  ilə  qalib  gəlib.  Tbilisinin  “Olimpiya”  komandasının  keçirdiyi  iki  oyunda  isə  bu  nəticələr  qeydə  alınıb:  “Olimpiya”  –  “Gənclər  Birliyi”  31:14,  “İdman  Akademiyası”  –  “Olimpiya”  32:26.

Xatırladaq  ki,  bu  mövsüm  çempion  adına  qızıl  medalları  vaxtından  əvvəl  təmin  edən  “Azəryol”  layiq  görülüb.  “Azərsu”  gümüş,  “Qarabağ”  komandası  isə  bürünc  mükafata  sahib  çıxıb.

Kişi  həndbolçuların  mübarizəsini  isə  “Məhsul”  komandası  qələbə  ilə  başa  vurub.  “Bakı”  2-ci,  “Təhsil”  3-cü,  U-16  isə  4-cü  pillədə  qərarlaşıb.

Fərqlənən  komandalara  və  həndbolçulara  federasiya  tərəfindən  diplom,  medal  və  qiymətli  hədiyyələr  təqdim  olunub.

Bağlanış  mərasimində  qalibləri  təbrik  edən  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  Orxan  Abbasov   digər  iştirakçıları  ruhdan  düşməməyə  çağırıb.  Həndbolçularımızı  iyul  ayında  daha  bir  ciddi  sınaq  gözlədiyini  deyən  federasiya  rəsmisi,  Avropa  Gənclərinin  Yay  Olimpiya  Festivalında  komandalarımıza  uğurlar  arzulayıb.

Digər Xəbərlər

Xocalı soyqırımı - qan yaddaşımız!

2395 26.02.2024

Azərbaycan kuboklarının sahibləri məlumdur

1791 31.05.2024

Azərbaycan çempionatı, XII tur: “Kür”- “Azəryol” 24:24 (13:11)

1295 26.01.2025

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz yeni təyinat alıblar

2495 02.02.2017

Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb

2471 15.12.2017

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatıb

2491 20.08.2017

"Azəryol"u Mingəçevirdə çətin sınaq gözləyir

1396 01.03.2025

Azərbaycan çempionatı: “U-17” - “Bakı” 15:50 (12:23)

1428 02.12.2024