Yeniyetmə həndbolçular arasında turnir yekunlaşıb

14.04.2017
1419
Paylaş:

Yeniyetmələrin  XI  Respublika  oyunlarının  proqramına  daxil  olan  həndbol  yarışına  yekun  vurulub.

İki  qrupda  dairəvi  sistemlə  keçirilən  yarışların  finalında  2  saylı  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  komandası  “Şirvan”a  13:2,  “Mingəçevir”  həndbolçuları  12  saylı  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (İOEUGİM)  yetirmələrinə  9:7  hesabı  ilə  qalib  gəlib.

Nəticələrə  əsasən  RİOEUGİM-in  komandası  yarışın  baş  mükafatına  layiq  görülüb.  “Şirvan”  ikinci,  “Mingəçevir”  üçüncü  yeri  tutub.  İlk  üçlükdə  qərarlaşan  komandalara  respublika  Gənclər  və  İdman  Nazirliyinin  diplomları  təqdim  olunub.

Qeyd  edək  ki,  İsmayıllı  Olimpiya  İdman  Kompleksində  keçirilən  yarışlarda  müxtəlif  şəhər  və  rayonların  8  komandası  qələbə  uğrunda  mübarizə  aparıb.

Digər Xəbərlər

Azərbaycanlı hakimlər Avropa kubokunun 1/2 matçında

1415 17.03.2023

Milli komandamız Malta sınaqlarını başa vurdu

1467 13.01.2019

“Dinamo” liderliyi davam etdirir

193 14.03.2025

Prezident İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə iştirak edib

1374 08.01.2023

Komandalarımızın rəqibləri müəyyənləşdi

1313 18.07.2023

Liderlərin növbəti qələbəsi

1370 09.12.2019

Millinin baş məşqçisi: "Daha çox çalışmaqla istəyimizə çata bilərik"

1432 10.06.2022

Yeniyetmə həndbolçuların Bakı birinciliyi başa çatıb

1645 30.01.2018