Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizənin qızğın çağıdır. Həftəsonu yarışın 7-ci turunun oyunları keçirilib. “ABU Arena”nın meydançasına əvvəlcə “Təhsil” və “Məhsul” komandaları çıxıblar. Nominal qonaqların üstünlüyü ilə yadda qalan oyunda favoritin asan qələbə qazandığını söyləmək olmaz. “Təhsil” həndbolçuları rəqibə ciddi müqavimət göstəriblər. Amma daha təcrübəli heyətə malik “Məhsul” görüşü qələbə ilə başa vurmağı bacarıb – 36:29.
Günün digər oyununda “Bakı” və U-18 komandaları üz-üzə gəliblər. Gənc həndbolçular çox çalışsalar da, növbəti məğlubiyyətdən yaxa qurtara bilməyiblər. Qarşılaşma gözlənildiyi kimi “Bakı”nın inamlı qələbəsi ilə nəticələnib 34:21.
Aktivinə 12-ci xalı yazdıran “Bakı” çempionatın lideridir. “Məhsul” eyni xalla ikinci pillədə qərarlaşıb. “Təhsil”in 3, U-18-in 1 xalı var.
Ölkə çempionu ilk məğlubiyyətlə barışdı
2516
18.11.2019
Yeniyetmələrin həndbol yarışında favoritlər qalib gəliblər
2385
15.04.2017
Qadın həndbolçularımız “Bakı-2017”-nin ilk matçında Özbəkistan millisi ilə üz-üzə gələcək
2245
22.04.2017
"Qarabağ" favorit üzərində qələbə qazandı
2488
16.10.2019
Qazaxıstan klubu Bakıda daha iki yoxlama oyunu keçirdi
1419
05.11.2024
“Azərsu” – “Nur” matçı gərgin mübarizə şəraitində keçib
2209
03.03.2018
Azərbaycan çempionatında mübarizə davam edir
2745
21.12.2017
“Qarabağ” çətin dueldən qalib ayrıldı
1231
09.02.2025