Komandalarımızın rəqibləri müəyyənləşdi

18.07.2023
2253
Paylaş:

Həndbol komandalarımız 2023/2024 mövsümündə EHF Avropa Kubokunda mübarizə aparacaqlar. Yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizin rəqibləri də artıq məlumdur. İyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılan püşkün nəticələrinə görə, qadınlardan ibarət “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja”, “Qarabağ” İspaniyanın “KH-7 BM Granollers”, “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə qarşılaşacaq. 
İlk oyunlar 23-24 sentyabrda keçiriləcək. Mərhələnin cavab görüşləri isə 30 sentyabr-1 oktyabr tarixlərinə təyin olunub.
Püşk kişilərdən ibarət “Azəryol” komandasına 1-ci mərhələdə üzləşəcək  “Winner of HC Amber” (Litva) – “SV Brixen Handball” (İtaliya) cütünün qalibini rəqib seçib. Digər təmsilçimiz “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq. 
İlk oyunlar oktyabrın 14-ü və 15-də, cavab matçları 21-22 oktyabr tarixlərində olacaq.

Digər Xəbərlər

Hakimlərimiz Avropa Kubokunda

1351 25.11.2024

Kişi həndbolçularımız Gürcüstana yollanacaqlar

2363 24.02.2018

Kişi həndbolçularımız Gürcüstan klubu ilə üz-üzə gəliblər

2482 03.06.2017

Millimizin üzvü “IHF Trophy” turnirində fərqləndi

217 03.12.2025

"Qarabağ"dan ardıcıl ikinci qələbə

184 11.12.2025

Favoritlərin inamlı qələbələri

2308 13.03.2023

Yeniyetmə həndbolçular yarışlarda iştirak ediblər

2605 03.06.2022

Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır

2517 28.09.2022