"Məhsul" qələbə seriyasını davam etdirir

11.11.2019
1358
Paylaş:

Kişi  həndbolçuların  Azərbaycan  çempionatında  4-cü  turun  görüşləri  keçirilib.  Yarışın  əsas  favoriti  sayılan  “Məhsul”  “Təhsil”lə  oyunda  da  azarkeşlərini  sevindirib.  Son  ölkə  çempionu  rəqibin  müqavimətini  qırmaqda  çətinlik  çəkməyib.  Qarşılaşma  38:22  hesabı  ilə  “Məhsul”un  xeyrinə  nəticələnib.



Günün  digər  matçında  da  imkanları  yüksək  qiymətləndirilən  komanda  qalib  gəlib.  U-18  –  “Bakı”  görüşündə  nominal  ev  sahibi  çox  çalışsa  da  daha  təcrübəli  rəqibin  inamlı  qələbəsinə  mane  ola  bilməyib.  42:22.

Kişilərin  ölkə  çempionatında  növbəti  turun  oyunları  noyabrın  16-da  keçiriləcək.  Həmin  gün  “Bakı”  “Məhsul”la,  “Təhsil”  U-18-lə  üz-üzə  gələcək.

Aktivində  8  xalı  olan  “Məhsul”  yarış  cədvəlinin  şəriksiz  lideridir.  “Bakı”  ondan  iki  xal  geri  qalır.  “Təhsil”  iki  xalla  üçüncü  pillədə  qərarlaşıb.  U-18  komandasının  hələ  də  xalı  yoxdur.

 

Digər Xəbərlər

Həndbolçu qızların Krasnodarda ilk qələbəsi

1408 11.02.2018

Qadın həndbolçular kubok mübarizəsinə başladılar

1466 15.01.2020

Millimiz Dünya çempionatına qatılacaq

1269 24.04.2023

“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

907 17.03.2024

Azərbaycan Həndbol Federasiyasında dopinqlə mübarizə mövzusunda tədbir keçirilib  

1644 07.12.2018

Millimiz Bolqarıstanda növbəti oyununu keçirib

1483 27.04.2023

Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib

1677 19.11.2022

Saleh Məmmədov EHF rəhbərliyi ilə görüşüb

867 28.05.2024