Qadın həndbolçular kubok mübarizəsinə başladılar

15.01.2020
2417
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  kuboku  turnirinə  start  verilib.  “ABU  Arena”da  keçirilən  yarışın  ilk  oyun  günündə  “Azərsu”  “Azəryol”la,  “Qarabağ”  isə  “İdman  Akademiyası”  ilə  qarşılaşıb.

Turnirin  açılış  matçı  daha  böyük  maraqla  gözlənilirdi.  Söhbət  təbii  ki,  “Azərsu”  ilə  ölkə  çempionatının  lideri  “Azəryol”un  görüşündən  gedir.  Bu  oyunda  əksəriyyət  nominal  qonaqların  qələbəsinə  inansa  da,  mülahizələr  doğrulmayıb.  Kifayət  qədər  gərgin  mübarizə  ilə  yadda  qalan  qarşılaşmada  “Azərsu”  komandası  qələbə  qazanmağı  bacarıb  –  27:26.

Günün  ikinci  görüşündə  isə  gözlənilməz  nəticə  qeydə  alınmayıb.  Oyunun  şəksiz  favoriti  sayılan  “Qarabağ”  “İdman  Akademiyası”  komandasına  asanlıqla  qalib  gəlib  –  35:20.

Qadın  həndbolçuların  kubok  yarışının  növbəti  oyunları  yanvarın  22-də  keçiriləcək.  Həmin  gün  “Azəryol”  “Qarabağ”la,  “İdman  Akademiyası”  “Azərsu”  ilə  qarşılaşacaq.

Yanvarın  18-də  isə  kişi  həndbolçuların  ölkə  kuboku  turnirinin  ikinci  görüşləri  olacaq.  Söhbət  U-18  –  “Təhsil”  və  “Məhsul”  –  “Bakı”  matçından  gedir.

Qeyd  edək  ki,  yarışın  yarımfinal  mərhələsi  aprel  ayına  təyin  olunub.  Qalib  komandaların  adına  isə  mayın  2-də  keçiriləcək  həlledici  görüşlərdə  aydınlıq  gətiriləcək.

Digər Xəbərlər

Qonaqlar Mingəçevirdən əliboş döndülər

1282 16.02.2025

“Azəryol”da yeni transfer

266 28.10.2025

Gərgin mübarizədə qalib müəyyənləşmədi

1941 30.03.2024

Liderlərin mübarizəsi gərgin mübarizə ilə yadda qalıb

2551 17.02.2019

AHF-də iclas keçirilib

2833 14.11.2021

Ulu öndərin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb

2440 11.05.2018

Astana (Qazaxıstan) - Azərbaycan 31:28 (18:14)

1720 21.05.2024

Rəfiqə Şabanova Fəxri fərmanla təltif olunub

3380 31.10.2018