Kişi həndbolçulardan ibarət Azərbaycan millisi inkişaf etməkdə olan ölkələrin 4-cü Dünya çempionatına qatılacaq. Komandamız aprelin 25-dən 30-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək yarışda Bolqarıstan və Nigeriya seçmələri ilə eyni qrupda mübarizə aparacaq. Baş məşqçi Nasser Salimi və köməkçi məşqçi Rəşad Hüseynovun rəhbərliyi ilə “AHF Arena”da təlim məşq toplanışını başa vuran həndbolçularımız bu gün Bolqarıstana yola düşüblər. Qeyd edək ki, Varna sınaqlarında Azərbaycan, Bolqarıstan və Nigeriya milliləri ilə yanaşı Malta, Andorra, Hindistan, Kipr, Moldova, Avstraliya, Böyük Britaniya, Kuba və Qvatemala komandaları da mübarizə aparacaq.
Püşkün nəticəsinə əsasən 12 komanda hərəsində üç kollektiv olmaqla 4 qrupa bölünüb. Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.
İslamiada: Millimizin finaldakı rəqibi Türkiyə komandası olacaq
2321
13.05.2017
Qadın həndbolçulardan ibarət millimizin rəqibi məlum olub
2430
29.06.2022
“Qarabağ” çətin dueldən qələbə ilə ayrıldı
1685
20.04.2024
Azərbaycan Həndbol Federasiyası regionlardakı məşqçilər üçün seminar keçirib
1443
21.01.2025
Həndbol üzrə XXIX respublika çempionatının püşkatma mərasimi keçirilib
2333
19.10.2022
Azərbaycan birinciliyinin zona yarışına start verilir
1669
09.05.2024
“Azəryol”un Çağırış kubokundakı növbəti rəqibi müəyyənləşib
2507
27.11.2017
Qadın həndbolçularımızın İslamiadadakı rəqibləri müəyyənləşdi
285
26.10.2025