Klublarımız Avropa kuboku turnirində iştirak edəcək

10.07.2025
1512
Paylaş:

Ölkəmizi həndbol üzrə Avropa kuboku turnirində təmsil edəcək klublar müəyyənləşib. Nüfuzlu yarışda iki kişi və iki qadın komandamız mübarizə aparacaq. Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitə yarışına qatılacaq. Avropa kuboku turnirində ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə ikinci raunddan qoşulacaq. Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komandadan sonra iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər. İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da keçiriləcək.
Qadın həndbolçuların Avropa kuboku turnirində isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcək. Burada 50 komanda yarışacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

Digər Xəbərlər

“Azəryol” və “Gənclər Birliyi” turu qələbə ilə başa vurub

1170 18.02.2025

Ləman Həmidova: "Hər zaman xəyallarımızdan beynəlxalq dərəcəli hakim olmaq keçirdi"

794 22.09.2025

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı başlanır

2276 18.08.2017

Kişi həndbolçuların dördüncü dünya çempionatı davam edir

2318 29.04.2023

“Azəryol” - “Ankara Yenimahalle BSK” görüşünün hakimləri açıqlandı

2733 05.11.2018

Lider mövqeyini bir qədər də möhkəmlədib

2734 03.11.2018

Ernest Ağakişi Avropa çempionatının oyunlarına təyinat alıb

2012 29.06.2022

"Azəryol" çempionluğa doğru inamla irəliləyir

2341 12.03.2020