Lider mövqeyini bir qədər də möhkəmlədib

03.11.2018
2735
Paylaş:

Noyabrın  3-də  qadın  həndbolçuların  Azərbaycan  çempionatında  növbəti  turun  oyunları  keçirilib.
Günün  ilk  görüşündə  çempionatın  lideri  "Azərsu"  "İdman  Akademiyası"  komandasını  sınağa  çəkib.  Nominal  meydança  sahibinin  üstünlüyü  ilə  keçən  qarşılaşmada  sürpriz  qeydə  alınmayıb.  Daha  inamlı  oyun  göstərən  "Azərsu",  20  top  fərqi  ilə  qalib  gəlib  -  38:18.
Yarışın  autsayderi  -  “Gənclər  Birliyi”nin  "qara  zolaqdan"  qurtulmaq  cəhdi  bu  dəfə  də  alınmayıb.  "Qarabağ"ın  kəskin  həmlələrini  dəf  etməkdə  çətinlik  çəkən  "Gənclər  Birliyi",  22:44  hesabı  ilə  uduzub.
"Azərsu"  6  oyundan  maksimum  nəticə  ilə  çempionatın  vahid  lideridir.  Ondan  3  oyun  az  keçirən  "Azəryol"  4  xalla  ikinci  pillədə  qərarlaşıb.  Eyni  xalı  4  oyuna  qazanan  "Qarabağ"  3-cü  yerdədir.  "Olimpiya"  ilə  "İdman  Akademiyası"  hərəyə  3  xalla  4-cü  -  5-ci  yerləri  bölüşür.  Aktivinə  hələ  ki,  xal  yazdıra  bilməyən  "Gənclər  Birliyi"  yarışın  autsayderidir

 

Digər Xəbərlər

"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

2381 19.11.2018

Gənc həndbolçularımız Bolqarıstana yollanacaqlar

2314 05.06.2017

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar olub

2540 19.02.2017

“Bakı” mərkəzi oyunda əzmkar qələbə qazanıb

1127 09.02.2025

Çempionluq mübarizəsi daha gərgin xarakter alıb

1852 22.04.2024

“Kür” yenidən zirvəni ələ keçirdi

1851 26.03.2024

Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri

2034 24.12.2023

Hakimlərimiz növbəti təyinat alıblar

2619 24.02.2020