“Azəryol” və “Gənclər Birliyi” turu qələbə ilə başa vurub

18.02.2025
1171
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatının final mərhələsində I-IV yerlər uğrunda yarışan “Azəryol” və “Qarabağ” komandaları növbəti tur çərçivəsində üz-üzə gəliblər. “AHF Arena”da keçirilən oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissəsi 15:15 hesabı ilə yekunlaşan görüşün ikinci hissəsində daha inamlı mübarizə aparan “Azəryol” yüksək əzmkarlıq sayəsində qarşılaşmadan qalib ayrılıb - 32:28.
Qadın həndbolçuların final mərhələsində V-VI yerlər uğrunda mübarizə aparan “Gənclər Birliyi” və “Təhsil” komandalarının oyununda isə nominal ev sahibinin qələbəsinə inananlar yanılmayıblar. Matçın əvvəlindən təşəbbüsə yiyələnən “Gənclər Birliyi” həm fasiləyədək, həm də ikinci hissədə nümayiş etdirdiyi fəal oyunla növbəti qələbəsini rəsmiləşdirib - 34:18.

Digər Xəbərlər

"Azəryol" inamlı qələbə qazanıb

2615 23.12.2017

Həndbol üzrə XXVII ölkə çempionatı başladı

2457 09.10.2019

Milli komandamız beynəlxalq turnirə qatılıb

2481 11.06.2019

Ölkə çempionatının favoritləri növbəti qələbələrini qazanıblar

2296 28.10.2017

Seçmə komandamız təlim-məşq toplanışlarını davam etdirir

2323 03.04.2017

"Bakı" komandası mübarizəni dayandırıb

2658 14.10.2018

“Bakı”nın həndbolçusu "Qarabağ"a keçdi

366 22.10.2025

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki

154 19.12.2025