Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başlanacaq.
Saat 09:30-a təyin olunan açılış oyununda qadın həndbolçulardan ibarət “İdman Akademiyası” komandası “Azəryol-2” ilə qarşılaşacaq. Qadınların mübarizəsinin ardınca saat 17:45-də çempionatın açılış mərasimi olacaq. Daha sonra isə kişi həndbolçular arasında oyunlar keçiriləcək. Turun ilk görüşündə “Məhsul” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk iki günündə qadın həndbolçulardan ibarət komandalar meydana iki dəfə, kişilərdən ibarət kollektivlər isə bir dəfə çıxacaqlar. Bu gün səkkiz, növbəti üç gün ərzində ümumilikdə, 21 oyun olacaq.
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1154
08.09.2025
Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri
2034
24.12.2023
Ramazan bayramınız mübarək!
1173
29.03.2025
Kişi həndbolçuların Azərbaycan çempionatında II turdan sonra turnir cədvəli
2296
23.11.2023
Azərbaycan kubokunda ikinci finalçı müəyyənləşib
1144
22.05.2025
Novruz Bayramınız Mübarək!
1176
20.03.2025
Final mərhələsində növbəti oyunlar olacaq
1191
06.02.2025
XXXII Azərbaycan çempionatı: I turun oyun cədvəli
237
07.11.2025