Azərbaycan çempionatında növbəti turun oyunları olacaq

14.02.2025
240
Paylaş:

Fevralın 15-də həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turlara start veriləcək. İlk oyun günündə əvvəlcə kişilərin yarışında V-VI yerlər uğrunda mübarizə aparan U-17 və “Dinamo” komandaları meydançaya çıxacaqlar. XIV turun “AHF Arena”da təşkil olunacaq qarşılaşması saat 10:00-da başlanacaq.


Həmin gün saat 12:00-da qadın həndbolçuların çempionatının final mərhələsinin “Azəryol” – “Qarabağ” görüşü start götürəcək. XII turun “AHF Arena”da keçiriləcək oyunu böyük maraqla gözlənilir. I-IV yerlər uğrunda yarışan rəqiblər növbəti qələbə ilə azarkeşlərini sevindirməyə çalışacaqlar.


Fevralın 16-da diqqətlər Mingəçevirə yönələcək. Həmin gün “Kür” Olimpiya Tədris-İdman Mərkəzində iki oyun keçiriləcək. Kişilərin mübarizəsində çempionluğa iddialı “Kür” saat 13:00-da XIV tur çərçivəsində əsas izləyicisi “Bakı”nı qəbul edəcək. Saat 15:00-da isə qadınlardan ibarət “Kür” komandası XII turun görüşündə “İdman Akademiyası” ilə üz-üzə gələcək.


Fevralın 17-də də iki qarşılaşma olacaq. Saat 15:30-da “AHF Arena”da qadınlardan ibarət “Gənclər Birliyi” və “Təhsil” V-VI yerlər uğrunda yarışın XII turunda üz-üzə gələcək. Saat 19:30-da isə I-IV yerlər uğrunda mübarizə aparan kişilərdən ibarət “Azəryol” və “Qarabağ” komandaları XIV turun oyununda meydançaya çıxacaqlar.


 

Digər Xəbərlər

Hakimlərimizə yeni təyinat verilib

1580 08.11.2018

Qadın həndbolçularımız Ukraynaya yola düşüblər

1461 08.04.2017

“Təhsil” ikinci pillədəki mövqeyini möhkəmlədib

177 10.03.2025

Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı

1613 10.02.2019

"İdman Akademiyası"ndan inamlı qələbə

41 28.04.2025

Həndbol yarışları dayandırıldı

1623 16.03.2020

Kişi həndbolçuların Azərbaycan çempionatında l turdan sonra turnir cədvəli

1034 15.11.2023

Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib

1503 04.06.2022