Kişi həndbolçuların ölkə çempionatında 9-cu turun qarşılaşmaları olub.
“ABU Arena”da keçirilən yarışın növbəti oyun günündə diqqətlər favoritlərin görüşünə yönəlib.
Bu turadək hərəyə 14 xalla çempionata şərikli liderlik edən “Məhsul” və “Bakı” komandalarının qarşılaşması gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Qapılara ümumilikdə 51 qolun vurulduğu oyunda fürsətlərdən daha layiqincə faydalanan “Məhsul” azarkeşlərinin ümidlərini doğruldub. Nominal meydança sahibi çempionluq yolunda əsas rəqibini 28:23 hesabı ilə üstələyib.
“Təhsil” –“ U-16” görüşündə isə birincilər asan qələbəyə seviniblər – 35:19.
Prinsipial qarşılaşmanı qələbə ilə başa vuran “Məhsul” 16 xalla çempionatın artıq vahid lideridir. Bu turdakı məğlubiyyətdən sonra izləyiciyə çevrilən “Bakı”nın aktivində 14 xal var. Hələ ki qələbə sevinci dadmayan “U-16” üzərində qələbə ilə xal ehtiyyatını 6-ya çatdıran “Təhsil” 3-cü pillədədir.
Kişilər arasında ölkə çempionatının 6-cı turu başlanıb
2789
09.12.2018
Seçmə komandamız açıq Avropa çempionatında Estoniya hədbolçuları ilə üz-üzə gəlib
2251
04.07.2018
Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.
2659
26.01.2019
Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib
2611
19.11.2022
Beynəlxalq dərəcəli hakimlərimiz növbəti təyinat alıblar
2143
22.12.2017
“Azəryol” və “Gənclər Birliyi” turu qələbə ilə başa vurub
1171
18.02.2025
Azərbaycanı Avrokuboklarda üç komanda təmsil edəcək
2463
08.08.2018
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1155
08.09.2025