Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib

04.06.2022
2471
Paylaş:

Şağan  Olimpiya  İdman  Kompleksində   2006-2008-ci  il  təvəllüdlü  oğlanlar   arasında  həndbol  üzrə  Azərbaycan  birinciliyi   və  2006-cı  il  təvəllüdlü  və  ondan  kiçik  yaşlı  yeniyetmə  qızlar  arasında  28  may  -  Müstəqillik  Gününə  həsr  olunmuş  Bakı  şəhər  birinciliyi  davam  edir.

Yarışın  ikinci  günündə  5  qarşılaşma  olub.  İlk  oyunda  oğlanlardan  ibarət  "Gəncə"  komandası  "Mingəçevir"  kollektivinə  21-19  hesabı  ilə  qalib  gəlib.  "Bakı  1"  (Təhsil  yığması)  və  "Bakı  3"  komandalarının  görüşü  22-9  hesabı  ilə  nəticələnib.

"Bakı  2"  (6  saylı  İOEUGİM)  –  "Mingəçevir"  görüşündə  qalib  müəyyənləşməyib  –  13-13.

“Bakı  1”  (Təhsil  yığması)  –  "Gəncə"  qarşılaşmasında  paytaxt  həndbolçuları  qələbə  qazanıblar  -  25-18

Qızların  turnirində  isə,  "6  saylı  İOEUGİM-1"  komandası  "2  saylı  RİOEUGİM"  kollektivinə  8-12  hesabı  ilə  məğlub  olub.

Yarışlara  sabah  keçiriləcək  daha  5  oyunla  yekun  vurulacaq.

 

                                             

Digər Xəbərlər

“Azəryol ” ilk görüşünü qələbə ilə başa vurub

2760 17.11.2018

Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib

2612 19.11.2022

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə rayon turnirinə start verilib

2277 09.05.2022

“Azəryol” gərgin mübarizədən qalib ayrıldı

1741 23.03.2024

Azərbaycan çempionatında 5-ci turun oyunlarının vaxtı

2208 13.12.2023

Favoritlər turu qələbə ilə başa vurdular

2670 11.11.2018

Azərbaycan çempionatında növbəti turun oyun cədvəli

2345 21.12.2023

Bakıda həndbol üzrə ölkə birinciliyinin final mərhələsi başlayır

1360 05.06.2025