Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına yekun vurulub.
Final görüşlərindən əvvəl Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçirilib.
Seminardan sonra final oyunlarına start verilib. Əvvəlcə kişi həndbolçular mübarizə aparıblar. Günün ilk matçında “Bakı” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrinə qalib gəlib - 2:0. “Təhsil” - “Məhsul” görüşü 2:1 hesabı ilə yekunlaşıb. Nəticələrə əsasən, “Məhsul” klubu çempionatın qızıl, “Bakı” komandası gümüş, “Təhsil” kollektivi isə bürünc medalına layiq görülüb.
Qadın həndbolçular arasında keçirilən oyunlar belə nəticələnib:
“İdman Akademiyası” - “Azəryol-1” - 0:2, “Azərsu” – “Azəryol - 2” - 1:2, “Nur” – “Qarabağ” - 1:2. Beləliklə, Mingəçevirin “Nur” komandası ikiqat ölkə çempionluğunu rəsmiləşdirib. “Azəryol-1” gümüş, “Qarabağ” bürünc medallara yiyələnib.
Mükafatlandırma və təntənəli bağlanış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov üç gün davam edən çempionatın uğurla başa çatdığını bildirib. Qalibləri təbrik edən və onlara uğurlar arzulayan vitse-prezident mükafatçılar sırasından kənarda qalan komandalara ruhdan düşməməyi və gələcək oyunlara daha yaxşı hazırlaşmağı arzulayıb.
Sonda isə qalib və mükafatçılar təltif ediliblər.
Xatırladaq ki, avqustun 18-də start verilən çempionatda ümumilikdə, 21 oyun keçirilib.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri
393
03.11.2024
Avropa çempionatının ilkin təsnifat turnirinə yekun vurulub
1381
14.01.2023
İsgəndər Əsgərov Gürcüstanda keçiriləcək yarışa dəvət alıb
1445
15.07.2018
Azərbaycan çempionatında II turun növbəti oyunlarının nəticələri
1296
19.11.2023
“Azəryol” “Qarabağ”ın müqavimətini çətinliklə qırıb
1469
02.02.2019
2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib
1499
13.01.2023
Azərbaycan çempionatında növbəti görüşlər keçirilib
1286
08.10.2017
“Azəryol” çempionluğu rəsmiləşdirdi
1624
22.04.2019