Avropa çempionatının ilkin təsnifat turnirinə yekun vurulub

14.01.2023
2341
Paylaş:

Yanvarın 15-də kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə yekun vurulub.
Bakı İdman Sarayında keçirilən yarışın son günündə həndbolçularımız Kipr kollektivi ilə qarşılaşıblar.
İlk oyunda Maltaya qalib gəlib, ardınca Böyük Britaniya seçməsinə uduzan milli komanda qrupda ikinci yeri tutmaq üçün mütləq qələbə qazanmalı idi. Kipr həndbolçuları isə 27 top fərqli qələbə ilə qrupdakı mübarizəni lider kimi bitirə bilərdilər. Gərgin mübarizə ilə yadda qalan oyunda 32:23 hesabı ilə qələbə çalan Kipr seçməsi təsnifat yarışını 2-ci, Azərbaycan millisi 3-cü pillədə başa vurub.
Günün digər matçında Böyük Britaniya komandası Malta seçməsinə 44:14 hesabı ilə qalib gəlib.
Görüşün ən yaxşı oyunçularına xüsusi mükafatlar, həmçinin turnirin iştirakçı komandalarına AHF-nin xatirə hədiyyələri təqdim olunub.
Beləliklə, yarışın nəticələrinə əsasən, iki qələbə və bir heç-heçə ilə aktivinə 5 xal yazdıran Böyük Britaniya kollektivi eyni xala malik Kipr millisini topların nisbətinə görə qabaqlayaraq Avropa çempionatının növbəti təsnifat mərhələsinə lider kimi vəsiqə qazanıb.

Digər Xəbərlər

"Azəryol" liderliyi davam etdirir

2366 13.02.2020

Favoritlər asan qələbə qazanıblar

2305 14.04.2018

Azərbaycan çempionatı: V tur “Kür” - “İdman Akademiyası” 42:17

2118 17.12.2023

“Azəryol” həndbolçuları “İdman Akademiyası” kollektivini böyük hesabla məğlub ediblər

2787 06.11.2018

Azərbaycan çempionatı: “Kür” mövsümdə ilk dəfə məğlub oldu

1832 19.02.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli

2174 24.01.2024

VIII turun son oyunlarının nəticələri

1921 28.01.2024

Həndbol klublarımız Avropa kubokunda mübarizəyə başlayır

1652 04.10.2024