Final mərhələsində növbəti oyunlar olacaq

06.02.2025
221
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatlarında final mərhələsi davam edir. Bu həftə növbəti turun oyunları keçiriləcək. Fevralın 8-də I-IV yerlər uğrunda mübarizə aparan kişilərdən ibarət “Bakı” komandası “Azəryol”la, “Qarabağ” kollektivi “Kür”lə üz-üzə gələcək.
V-VI yerlər uğrunda yarışan “Dinamo” ilə “İdman Akademiyası” və U-17 ilə “Gənclər Birliyi” isə fevralın 9-da qarşılaşacaq.
Qadın həndbolçulardan ibarət komandalar da eyni günlərdə meydançaya çıxacaqlar. Fevralın 8-də I-IV yerlər üçün mübarizə aparan kollektivlərin yarışında “Qarabağ” – “Kür” görüşü daha böyük maraqla gözlənilir. Həmin gün bu oyunla yanaşı “İdman Akademiyası” - “Azəryol” matçı da keçiriləcək.
Fevralın 9-da isə V-VI yerlər uğrunda mübarizə aparan “Gənclər Birliyi” ilə “Təhsil” azarkeşlərini sevindirməyə çalışacaq.

Digər Xəbərlər

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İliniz Mübarək!

319 31.12.2024

Azərbaycan çempionatı: VI turun son oyunlarının nəticələri

910 24.12.2023

Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək

1300 16.08.2017

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib

1586 05.11.2022

"Azərsu"nun çempionluğu rəsmiləşdi

1541 26.04.2018

"Məhsul" liderliyi davam etdirir

1335 17.02.2020

Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.

1695 26.01.2019

Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir

1546 28.10.2018