“ABU Arena”da təşkil olunan ilk görüşdə çempionatın favoritlərindən sayılan “Azəryol”la “Gənclər Birliyi” komandası üz-üzə gəlib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol”, pərəstişkarlarını növbəti qələbə ilə sevindirib. Oyun 33:20 hesabı ilə başa çatıb.
Günün digər matçında isə “Qarabağ” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə daha yüksək əzmkarlıq nümayiş etdirən “Qarabağ” 36:29 hesabı ilə qələbə çalıb.
Xatırladaq ki, Azərbaycan çempionatının 3-cü dövrəsinə Tbilisidə start verilmişdi. 11-ci turun ilk oyununda “Olimpiya”nın qonağı olan “Azərsu” yarışda iştirak edən Gürcüstan həndbolçularına qalib gəlmişdi – 43:21.
12 oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. Əsas rəqibindən bir oyun az keçirən “Azəryol” 20 xalla ikinci pillədədir. “Qarabağ” 14 xalla 3-cü yerdə qərarlaşıb. 4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının 7 xalı var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Aktivində xalı olmayan “Gənclər Birliyi” yarışın autsayderidir.
Avropa çempionatı: İsrail - Farer adaları 22:38
2516
06.08.2023
Bu gün Novruzun sonuncu -Torpaq çərşənbəsidir
1193
18.03.2025
Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində mübarizəyə başlayırlar
2262
29.05.2018
“Kür” yenidən zirvəni ələ keçirdi
1852
26.03.2024
Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub
2468
29.05.2023
“Kür” təcrübəli həndbolçunu heyətə cəlb edib
282
28.11.2025
Final mərhələsində daha 3 oyun keçirilib
1225
01.02.2025
AHF-də yeni mövsüm müzakirə olundu
1684
07.08.2024