"Azərsu"nun çempionluğu rəsmiləşdi

26.04.2018
2550
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  20-ci  tura  start  verilib.

İlk  oyun  günündə  Mingəçevirin  "Nur"  komandası  "Kür"  Olimpiya  İdman  Mərkəzində  "Azəryol"u  qəbul  edib.  Ötən  tur   lider  "Azərsu"  ilə  xal  fərqini  minimuma  endirən  "Azəryol"çempionluq  ümidlərini  sonadək  qorumaq  üçün  bu  görüşdən  mütləq  qələbə  ilə  ayrılmalı  idi.  Lakin  paytaxt  həndbolçuları  tapşırığı  yerinə  yetirə  bilməyiblər.  Oyun  27-24  hesabı  ilə  meydança  sahibələrinin  xeyrinə  başa  çatıb.

Bu  isə  "Azərsu"nun  çempionluğu  vaxtından  əvvəl  rəsmiləşdirməsi  deməkdir.  Belə  ki,  yarış  cədvəlinin  lideri,  autsayder  "İdman  Akademiyası"  ilə  sabahkı  oyunda  məğlub  olacağı  təqdirdə  belə  qızıl  medallara  sahib  çıxacaq.

Qeyd  edək  ki,  son  oyun  gününün  digər  qarşılaşmasında   "Qarabağ"  "Gənclər  Birliyi"ni  sınağa  çəkəcək.

Digər Xəbərlər

Leyla İbrahimova “Kür”lə müqavilə imzaladı

250 31.10.2025

Avropa Kuboku: KH-7 BM. Granollers - Garabagh HC 41:18

2067 01.10.2023

Bugünkü oyunların nəticələri

1405 06.11.2024

Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri

1446 03.11.2024

"İdman Akademiyası"ndan inamlı qələbə

1227 28.04.2025

XXXI Azərbaycan çempionatı: VI turun oyun cədvəli

1478 01.11.2024

Hakimlərimizə yeni təyinat verilib

2582 08.11.2018

Avropa çempionatı: SLO (Sloveniya) - LTU (Litva) 33:28

2276 10.08.2023