“Nur” və “Məhsul” klubları növbəti qələbələrini qazanıblar

19.08.2017
1467
Paylaş:

Bu  gün Bakı  Su  İdmanı  Sarayında  çimərlik  həndbolu  üzrə  ikinci  Azərbaycan  çempionatının növbəti  oyunları  keçirilib.

İkinci  yarış  günündə  əvvəlcə  meydançaya qadın  həndbolçular  çıxıblar.  Turun  açılış  oyunu “qızıl  qol”a  kimi  davam  edib.  Gərgin  mübarizə  ilə  yadda  qalan  “İdman  Akademiyası”   -  “Qarabağ”  görüşü  1:2  hesabı  ilə  yekunlaşıb.

Günün  digər  oyunlarında  “Nur”  “Azəryol-2”ni  2:0,  “Azəryol-1”  komandası  isə   “Azərsu”nu  2:0  hesabı  ilə  məğlub  edib.

Fasilədən  sonra  ikinci  dəfə  meydançaya  çıxan  “Qarabağ”  “shoot-out”adək  davam  edən  oyunda  “Azəryol-2”  üzərində  də  qələbə  çalıb  -  2:1.  “Azərsu”  isə  “İdman  Akademiyası”  komandasını  gün  ərzində  ikinci  məğlubiyyətlə  barışdırıb  –  0:2.  Günün  qadın  həndbolçular  arasında  son  matçında  “Nur”  “Azəryol-1”ə  2:0  hesabı  ilə  qalib  gələrək  çempionluğa  bir  addım  da  yaxınlaşıb.

Kişilərin  mübarizəsində  əvvəlcə  “Təhsil”  komandası  Respublika  İxtisaslaşdırılmış  Olimpiya  Ehtiyatları  Uşaq-Gənclər  İdman  Məktəbinin  (RİOEUGİM)  yetirmələri  üzərində  qələbə  qazanıb  -  2:0.  Günün  son  görüşündə  “Bakı”  və  “Məhsul”  komandaları  üz-üzə  gəlib.  Gərgin  və  maraqlı  mübarizənin  taleyini  “shoot-out”  həll  edib.  Nəticədə  “Məhsul”  2:1  hesablı  qələbəyə  sevinib.

Xatırladaq  ki,  çimərlik  həndbolu  üzrə  Azərbaycan  çempionatının  qalibləri  avqustun  20-də  müəyyənləşəcək.

Digər Xəbərlər

Həndbol üzrə zona yarışı başa çatıb

1637 23.03.2023

Orxan Abbasov Azərbaycan Avropa Həndbol Federasiyasının konfransında iştirak edir

2191 02.04.2019

Mingəçevirin “Nur” komandası EHF kuboku uğrunda yarışda ilk oyununu keçirib

1407 17.09.2017

“Azəryol” "Kristianstad”la növbəti oyununu keçirib

1370 03.02.2018

Həndbolçularımız İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyəyə yola düşüblər

1473 06.08.2022

Azərbaycan Həndbol Federasiyası regionlardakı məşqçilər üçün seminar keçirib

271 21.01.2025

“Azəryol” çempionluğa doğru irəliləyir

92 16.04.2025

Həndbol üzrə Azərbaycan çempionatında yenilk qeydə alınıb

1420 20.10.2017