İslam Həmrəyliyi Oyunlarında təmsilçilərimizin mükafatlara namizəd sayıldığı idman növlərindən biri də həndboldur. Seçmə komandalarımız artıq yarışın keçiriləcəyi Konya şəhərindədir.
Həndbolçularımız mübarizəyə avqustun 7-də qoşulacaqlar. Həmin gün qadınlardan ibarət milli Kamerun seçməsi ilə üz-üzə gələcək. Avqustun 9-da Əfqanıstan komandası ilə qarşılaşacaq komandamız, qrup mərhələsinin avqustun 11-də olacaq son turunda İran kollektivi ilə görüşəcək.
Kişi həndbolçulardan ibarət seçməmiz mübarizəyə avqustun 10-da Türkiyə komandasına qarşı oyunla start verəcək. Avqustun 12-də isə, həndbolçularımız İran millisi ilə qarşılaşacaqlar.
Həndbol yarışlarında yarımfinal görüşləri avqustun 13-də, mükafatlar uğrunda oyunlar avqustun 14-də olacaq.
Xatırladaq ki, Konyada keçiriləcək mötəbər yarışa avqustun 18-də yekun vurulacaq.
Ölkə çempionatı: IV turun ilk oyun gününün nəticələri
108
09.01.2026
“Azəryol” gərgin mübarizədən qalib ayrıldı
1739
23.03.2024
Novruz Bayramınız Mübarək!
1175
20.03.2025
Azərbaycan çempionatında növbəti turların oyunları keçirilib
2298
20.03.2023
Həndbol üzrə milli komandamızın rəqibləri müəyyənləşib
2606
15.10.2018
Avropa çempionatı: FAR (Farer adaları) - ESP (İspaniya) 18:38
2172
10.08.2023
Ulu öndərin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb
2439
11.05.2018
Azərbaycan cempionatında daha 4 oyun keçiriləcək
1229
02.05.2025