Azərbaycanın qadınlardan ibarət “Nur” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda ilk oyununu keçirib.
Son ölkə çempionu Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində İsveçin “Luqi HK” komandası ilə üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 24:24 hesablı heç-heçə ilə yekunlaşıb.
Matça rəqib komanda üstün başlayıb. Lakin təşəbbüsü ələ alan Mingəçevir təmsilçisi hesab arasındakı fərqi azaldıb. Buna baxmayaraq, isveçli həndbolçular ilk hissədə minimal hesabla qalib gəliblər - 11:10. Görüşün ikinci hissəsində komandamız əzmkar oyun nümayiş etdirib. “Nur” kollektivi qarşılaşmanın ikinci setində güclü rəqibini 14:13 hesabı ilə məğlub etməyi bacarıb.
Görüşü ukraynalı hakimlər briqadası - Marina Dupli və Olena Kaverina idarə edib. EHF nümayəndəsi isə ruminiyalı Horatu Kristian Belu olub.
Komandalar arasında cavab oyunu sentyabrın 17-də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.
Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək
1546
11.09.2024
Avropa Kuboku, III mərhələ: Kür (Azərbaycan) - Haukar (İslandiya) 27:38 (13:16)
1326
01.12.2024
Həndbol üzrə 26-cı Azərbaycan çempionatında 10 komanda birincilik uğrunda mübarizə aparacaq
2321
12.09.2018
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına səkkiz oyunla start verilib.
2421
18.08.2017
"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında
2359
02.03.2019
Ramazan bayramınız mübarək!
1173
29.03.2025
Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub
1276
28.01.2025
Azərbaycan kubokunun sahibləri müəyyənləşdi
2396
07.03.2018