Beynəlxalq turnirin yarımfinalçıları müəyyənləşib

30.08.2024
518
Paylaş:

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turnirində bu gün daha iki oyun keçirilib. 
Qrup mərhələsinin son turunda əvvəlcə “Kür” və “Azəryol” komandaları üz-üzə gəliblər. “AHF Arena”da keçirilən görüşdə daha inamlı oyun göstərən “Azəryol” 27:18 hesabı ilə qələbə qazanıb. 
Yarışın favoritlərindən sayılan “Qarabağ” isə Qazaxıstanın “Alatau Alurary” komandası ilə görüşdə də etimadı doğruldub. Gərgin və maraqlı mübarizə ilə yadda qalan oyun Azərbaycan çempionunun xeyrinə nəticələnib – 35:31. Bu qələbə ilə aktivinə 4-cü xalı yazdıran “Qarabağ” “B” qrupunda liderliyi təmin edib. Özbəkistan millisi ilə “Alatau Alurary” kollektivləri hərəyə 1 xalla sonrakı pillələrdə qərarlaşıblar. “A” qrupunda “Astana” 4 xalla 1-ci, “Azəryol” 2 xalla ikinci yeri tutub. Xal toplaya bilməyən “Kür” 3-cü olub. 
Beləliklə, sabah keçiriləcək yarımfinal görüşlərində “Astana” Özbəkistan millisi ilə, “Qarabağ” isə “Azəryol”la qarşılaşacaq. “Kür” və “Alatau Alurary” komandaları isə beşinci – altıncı yerlər uğrunda oyunda üz-üzə gələcəklər. 
Beynəlxalq turnirə sentyabrın 1-də yekun vurulacaq.

Digər Xəbərlər

Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsi başa çatıb

1457 17.12.2017

Həndbol üzrə qadınlardan ibarət millilərinin Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb

1419 03.11.2022

Həndbol məşqçiləri üçün seminar keçirilib

1576 13.02.2023

Tanınmış həndbol mütəxəssisi dünyasını dəyişib

1273 02.11.2022

Həndbolçularımız Bolqarıstan kollektivi ilə qarşılaşıb

1408 25.04.2023

Millimiz Litva seçməsinə qalib gəldi

873 28.02.2024

Millimiz bu gün Litva ilə qarşılaşacaq

889 28.02.2024

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Litva - Azərbaycan 41:26

853 03.03.2024