Həndbol məşqçiləri üçün seminar keçirilib

13.02.2023
2563
Paylaş:

Azərbaycan Həndbol Federasiyası tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçirilib.
“AHF Arena”da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov çıxış edərək məşqçiləri  salamlayıb, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə iş planı barədə məlumat verərək yarış təqviminin tərtib olunduğunu diqqətə çatdırıb.
Lazım olan invertar, vəsait barədə müzakirələr aparıldıqdan sonra qarşıda duran hədəflərdən danışılıb.
Həmçinin məşqçilərə hazırlıq prosesinin gedişatının  federasiyaya təqdim etmələri tapşırılıb, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında zona yarışının martın 23-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcəyi bildirilib.
Seminar zamanı tədbir iştirakçıları üçün toplar və sertifikatlar təqdim olunub.
Yeni təmir olunan “AHF Arena” ilə tanışlıqdan sonra 29-cu Azərbaycan çempionatının oyunları izlənilib.
Sonda həndbol məşqçiləri tədbirin təşkilinə görə AHF-yə təşəkkürünü bildirib və belə toplantıların davamlı olmasını arzulayıblar.

Digər Xəbərlər

Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsi başa çatıb

2558 17.12.2017

“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

2539 23.12.2018

"Azəryol" vahid liderliyə yiyələndi

2460 11.12.2019

Orxan Abbasov: “Həndbol üzrə Avropa çempionatının Azərbaycanda təşkil olunması müzakirə edilib”

2221 16.06.2022

Həndbolçularımızın Krasnodar sınaqları davam edir

2559 08.02.2018

"Azəryol" çətin dueldən qalib ayrıldı

1155 19.04.2025

Beynəlxalq turnirin 1sentyabr üçün nəzərdə tutulan oyun cədvəli

1685 01.09.2024

Bayramınız mübarək, əziz xanımlar!

1269 08.03.2025