Qadın həndbolçulardan ibarət milli komandamız 2024-cü il Avropa çempionatının təsnifat mərhələsində ilk qələbəsini qazanıb. Həndbolçularımız bu gün Bakı İdman Sarayında Litva seçməsini qəbul ediblər. Qarşılaşma gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissəsi 18:18 hesabı ilə bitən oyunun ikinci hissəsi də xala xal prinsipi ilə keçib. Matçın sonlarına yaxın hesabda geridə olmasına baxmayaraq yüksək əzmkarlıq göstərən həndbolçularımız vəziyyəti öz xeyirlərinə dəyişməyi bacarıblar. Oyun 35:33 hesabı ilə Azərbaycan milliisinin qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, komandamız martın 3-də Litva millisinin qonağı olacaq.
Ölkə çempionatı: "Dinamo" - "Azəryol" 32:29 (18:16)
71
14.01.2026
Seçmə komandamız açıq Avropa çempionatında Estoniya hədbolçuları ilə üz-üzə gəlib
2251
04.07.2018
Həftəsonu həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçiriləcək
1180
11.04.2025
Milli komandamız beynəlxalq turnirə qatılıb
2481
11.06.2019
"Qarabağ" Mingəçevirdən məğlub dönür
2350
12.04.2018
Mingəçevirin “Nur” komandası EHF kuboku uğrunda yarışda ilk oyununu keçirib
2388
17.09.2017
“Kür” zirvəni qoruyur
1210
19.02.2025
Azərbaycan çempionu Danimarka təmsilçisi ilə qarşılaşacaq
2434
04.10.2017