Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həndbol üzrə beynəlxalq turnirə start verilib. Əvvəlcə Azərbaycan Həndbol Federasiyasının kollektivi və yarış iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Açılış mərasimində çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov bu cür yarışların Azərbaycanda həndbolun inkişafına təkan verəcəyini bildirib. O, turnirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Həndbol Federasiyasına təşəkkürünü bildirib.
İştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov Qazaxıstan və Özbəkistan komandalarının turnirə qatılmasından məmnunluğunu ifadə edərək komandalara uğurlar arzulayıb. Dövlət Himnimiz səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Açılış mərasimi bədii hissə ilə davam edib. Qeyd edək ki, turnirdə qadınlardan ibarət “Azəryol”, “Qarabağ” və “Kür”lə yanaşı, Qazaxıstanın "Astana” və “Alatau Arulary” komandaları, həmçinin Özbəkistan millisi mübarizə aparır. “AHF Arena”da keçirilən yarışın açılış matçında “Kür” və “Astana” komandaları üz-üzə gəlib. Referilər Eldar Əzimovla Famil Qasımovun idarə etdiyi oyunun deleqatı beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyev olub. Bərabər səviyyədə başlayan və xala-xal prinsipi ilə keçən qarşılaşmada tarazlıq hissənin sonlarına doğru pozulub. Fürsətlərdən layiqincə faydalanan Qazaxıstan həndbolçuları fasiləyə 4 xallıq üstünlüklə yollanıblar – 18:14. Oyunun ikinci hissəsi də gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Hesabdakı geriliyi aradan qaldırmaq istəyən “Kür” çox çalışsa da istəyini reallaşdıra bilməyib. Beləliklə görüş “Astana” komandasının xeyrinə başa çatıb – 36:26. Yarışın ikinci oyununda “Qarabağ”la Özbəkistan millisi qarşılaşıb. Ləman Həmidova ilə Aydan Hüseynovanın idarə etdiyi matçın deleqatı beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub. Effektli qarşılıqlı hücumlarla start götürən oyun hissənin ortalarınadək bərabər mübarizə şəraitində keçib. Tədricən təşəbbüsə yiyələnən qonaqlar hesabda üstünlük qazanmağa nail olublar. Nəticədə ilk hissə Özbəkistan millisinin 17:12 hesablı qələbəsi ilə yekunlaşıb. İkinci hissəyə daha fəal başlayan komandamızın kəsərli hücumlar sayəsində fərqi aradan qaldıraraq irəli çıxmağı bacarıb. Bununla razılaşmayan rəqib komanda yenidən üstünlüyə yiyələnməyə cəhd göstərsə də yüksək əzmkarlıq göstərən “Qarabağ” matçı qələbə ilə bitirib. Komandamız Zinaida Axundovanın son saniyələrdə vurduğu qolla meydançadan qalib ayrılıb – 28:27.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
Həndbol üzrə Azərbaycan çempionatında 3 oyun keçirilib
1319
16.02.2017
Həndbol üzrə Azərbaycan çempionatında yenilk qeydə alınıb
1422
20.10.2017
Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub
1481
01.05.2022
Azərbaycan Avrokuboklarda qadınlardan ibarət dörd komanda ilə təmsil olunacaq
1356
26.06.2018
“Kür” çempionluğa doğru inamla irəliləyir
704
06.05.2024
Həndbol üzrə zona yarışı başa çatıb
1638
23.03.2023
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
1243
22.08.2022
Ramazan bayramınız mübarək!
137
29.03.2025