Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub
Qadınların ardınca kişi həndbolçuların da ölkə çempionatına yekun vurulub. Çempionluğu vaxtından əvvəl təmin edən “Bakı” son turda da pərəstişkarlarını sevindirib. “Məhsul” ilk hissəni bir xal irəlidə başa vursa da, fasilədən sonra təzyiqi artıran “Bakı” 30:26 hesabı ilə qalib gəlib.
“Təhsil” – U-18 İdman Akademiyası görüşündə nominal meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Daha yüksək əzmkarlıq göstərən U-18 İdman Akademiyası komandası oyunu qələbə ilə başa vurub 34:23.
U-16 - ”Gənclər Birliyi” matçında isə qələbə imkanları yüksək qiymətləndirilən U-16 kollektivi etimadı doğruldub - 44:32.
Bir tur əvvəl çempionluğu rəsmiləşdirən “Bakı” aktivinə 18-ci xalı yazdırıb. İkinci pillədəki “Təhsil” çempionatı 13 xalla başa vurub. U-16 və U-18 İdman Akademiyası hərəyə 11 xal toplasa da, şəxsi oyunlarda rəqibini üstələyən U-16 bürünc medallara sahib çıxıb.
Dövlət himninin səsləndirilməsi ilə başlanan bağlanış mərasimində Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədovun salamlarını çatdıran federasiyanın vitse-prezidenti Orxan Abbasov builki çempionatın böyük rəqabətlə yadda qalacağını vurğulayıb. Mükafatçıları təbrik edən federasiya rəsmisi digər komandalara növbəti yarışlarda uğurlar arzulayıb.
Çıxışında komanda sayının artırılmasını müsbət hal kimi qiymətləndirən gənclər və idman naziri Fərid Qayıbov, həndbolda yaranan canlanmanın, azarkeş marağının daha da artacağına ümid bəslədiyini bildirib. Nazir, həndbolçulara qarşıdakı beynəlxalq yarışlarda, xüsusilə İslam oyunlarında uğurlar arzulayıb.
Ardınca fərqlənən komandalar mükafatlandırılıb. Gənclər və idman nazirinin müavini Mariana Vasilyeva və Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurovun da qatıldığı mərasimdə, qadınlardan ibarət komandalardan “Azəryol”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət komandalardan isə “Bakı”, “Təhsil” və U-16-ya müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, həmçinin, fəxri diplom və hədiyyələr təqdim olunub.
U-18 İdman Akademiyası komandasının üzvü Royal Əliyevlə “Azəryol”un həndbolçusu Kamilə Bayramova çempionatın ən yaxşı oyunçuları üçün nəzərdə tutulan mükafata layiq görülüb.
Xatırladaq ki, martın 20-də start verilən çempionatda 4 qadın, 6 kişi komandası mübarizə aparıb.
“Azəryol” çempionluğu rəsmiləşdirdi
2467
22.04.2019
“Azəryol” liderliyi davam etdirir
947
23.04.2025
Azərbaycan çempionatının VII turunun iki oyunu canlı yayımda
1238
06.12.2024
“Astana” yarımfinala yüksəldi
1397
29.08.2024
Nasser Salimi: Azərbaycan gəzməli-görməli yerləri və qonaqpərvər insanları ilə məni valeh edib
2221
17.06.2022
Azərbaycan çempionatı: IX turun ilk oyun gününün nəticələri
1202
21.12.2024
Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları Avropa Liqasının 1/4 final oyununa təyinat alıblar
1689
23.03.2024
Azərbaycan çempionatı: V turun ilk oyun gününün nəticələri
1821
15.12.2023