“Kür” çempionluğa doğru inamla irəliləyir

06.05.2024
1655
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. “AHF Arena”da keçirilən mərkəzi oyunda “Azəryol”la “Kür” üz-üzə gəlib. Maraqlı mübarizə vəd edən görüşü beynəlxalq dərəcəli referilər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Oyunun deleqatı isə beynəlxalq dərəcəli hakim Vaqif Əliyev olub. Yarışın lideri “Kür” üçün bugünkü oyun çempionluq yolunda vacib əhəmiyyət daşıyırdı. “Azəryol” da mükafatlara iddiasını qorumaq üçün qələbəyə köklənmişdi. Gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalan matçın startında bərabər oyun qeydə alınsa da, tədricən təşəbbüsə yiyələnən qonaqlar qapıçı Aleksandr Milenkoviçin də inamlı oyunu sayəsində irəli çıxıblar. Amma dərhal toparlanan Vidadi Əliyevin komandası kəsərli həmlələr sayəsində geriliyi aradan qaldırıb. Bununla kifayətlənməyən ev sahibləri təzyiqi bir qədər də artıraraq fasiləyə üstün yollanıb - 15:14.


Amma ev sahibi təşəbbüsü qorumağı bacarmayıb. İkinci hissəyə daha fəal başlayan “Kür” tezliklə geriliyi aradan qaldırıb. İntriqanın qızışması rəqiblər arasında gərginliklə müşayiət olunub. 36-cı dəqiqədə Kiril Razumovla Rəsul Şərifi arasında yaşanan mübahisə hər iki həndbolçunun iki dəqiqəlik meydançadan kənarlaşdırılması ilə nəticələnib. Qalan vaxtda üstünlük Mingəçevir həndbolçularının tərəfində olub. Bunun məntiqi nəticəsi kimi hesab arasındakı fərq də qonaqların xeyrinə artmağa başlayıb. Hücumları daha effektli yekunlaşdıran “Kür” müdafiədə də daha diqqətli oyun sayəsində azarkeşlərini növbəti qələbə ilə sevindirib - 31:22.


Bu qələbə ilə xal ehtiyatını 28-ə çatdıran “Kür” çempionluq yolunda daha bir inamlı addım atıb.

Digər Xəbərlər

“Nur” komandasının Avrokubok oyunlarındakı hakimləri məlumdur

2230 26.08.2017

Həndbol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

2115 05.08.2023

Müstəqillik Gününüz mübarək!

1672 28.05.2024

Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır

2517 28.09.2022

Azərbaycan çempionu yeni mövsümə qələbə ilə başladı

1452 14.09.2024

Azərbaycan - Özbəkistan TJ 28:29 (14:16)

1688 20.05.2024

Zəfər Gününüz mübarək!

217 08.11.2025

"Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda mübarizəyə başlayır

2844 12.10.2018