“Qarabağ” çətin dueldən qələbə ilə ayrıldı

20.04.2024
1686
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatında XVII turun oyunları keçirilib. Turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəlib. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi oyunun deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. “AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydançaya lider “Kür”lə iki xallıq fərqi aradan qaldırmaq niyyətində çıxmışdı. İlk dördlükdə qərarlaşan “Qarabağ” isə yarış cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi. Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissədə bir neçə dəfə təşəbbüsə yiyələnməyə çalışan “Azəryol” üstünlüyü qorumağı bacarmayıb. Tezliklə toparlanan nominal ev sahibi xüsusilə gənc qapıçı Elşad Məmmədyarovun inamlı oyunu sayəsində geriliyi aradan qaldırıb – 18:18.


İkinci hissəyə daha fəal başlayan “Qarabağ” 4 xallıq üstünlüyə yiyələnsə də tədricən vəziyyəti dəyişən Vidadi Əliyevin komandası oyunda yenidən tarazlıq yaradıb. Ardınca xala-xal prinsipi ilə davam edən matçın sonluğu daha gərgin və dramatik mübarizə ilə yadda qalıb. Hər iki komandanın azarkeşlərini sevindirmək imkanı olsa da, fürsətlərdən lazımınca faydalanan “Qarabağ” görüşü 35:34 hesablı qələbə ilə başa vurub.

Digər Xəbərlər

Ötən mövsümün mükafatçıları yenidən üz-üzə

1495 15.10.2024

Azərbaycan çempionatı: VII turun ilk oyun gününün nəticələri

2216 11.01.2024

Bakıda həndbolçular üçün ustad dərsləri təşkil olunub

1986 12.08.2023

“Azəryol” liderliyi davam etdirir

1103 23.04.2025

“Azəryol” zirvəni qoruyur

1206 13.02.2025

Ölkə çempionatı: Bakı - Qarabağ 20:42 (12:19)

71 13.01.2026

Azərbaycan kuboku: Ölkə çempionu finala çıxa bilmədi

1786 27.05.2024

Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir

2395 10.11.2022