Kişi həndbolçuların Azərbaycan çempionatında XVII turun oyunları keçirilib. Turun maraqlı qarşılaşmalarından birində çempionluq uğrunda yarışan “Azəryol”la “Qarabağ” komandaları üz-üzə gəlib. Beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişinin idarə etdiyi oyunun deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. “AHF Arena”da keçirilən görüşün favoriti sayılan “Azəryol” meydançaya lider “Kür”lə iki xallıq fərqi aradan qaldırmaq niyyətində çıxmışdı. İlk dördlükdə qərarlaşan “Qarabağ” isə yarış cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq əzmində idi. Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk hissədə bir neçə dəfə təşəbbüsə yiyələnməyə çalışan “Azəryol” üstünlüyü qorumağı bacarmayıb. Tezliklə toparlanan nominal ev sahibi xüsusilə gənc qapıçı Elşad Məmmədyarovun inamlı oyunu sayəsində geriliyi aradan qaldırıb – 18:18.
İkinci hissəyə daha fəal başlayan “Qarabağ” 4 xallıq üstünlüyə yiyələnsə də tədricən vəziyyəti dəyişən Vidadi Əliyevin komandası oyunda yenidən tarazlıq yaradıb. Ardınca xala-xal prinsipi ilə davam edən matçın sonluğu daha gərgin və dramatik mübarizə ilə yadda qalıb. Hər iki komandanın azarkeşlərini sevindirmək imkanı olsa da, fürsətlərdən lazımınca faydalanan “Qarabağ” görüşü 35:34 hesablı qələbə ilə başa vurub.
28.04.2025
"İdman Akademiyası"ndan inamlı qələbə
27.04.2025
Kubok mübarizəsi davam edir...
27.04.2025
Ölkə kubokunda daha üç oyun arxada qalıb...
26.04.2025
Ölkə kuboku turnirinə start verilib...
“Azəryol” çempionluğun astanasında
120
08.04.2025
"Azəryol" hər iki oyunu Bakıda keçirəcək
1474
28.12.2017
“Azəryol” “Qarabağ”ı çətinliklə yendi
1596
16.03.2019
2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Şimali Makedoniya - Azərbaycan 40:17
1205
11.10.2023
Gənc həndbolçularımız Bolqarıstana yollanacaqlar
1340
05.06.2017
Həndbol üzrə Azərbaycan çempionatında yenilk qeydə alınıb
1422
20.10.2017
Cəlilabad komandası zona yarışında qələbə qazandı
162
26.03.2025
17 yaşadək həndbolçu qızların Avropa çempionatında qrup mərhələsinin I turunun oyun cədvəli
1299
05.08.2023