Həndbol üzrə XXX Azərbaycan kuboku turnirinin finalçıları müəyyənləşib.
Qadınların yarışında əsas diqqətlər ölkə çempionu “Qarabağ”la gümüş mükafatçı “Kür”ün mübarizəsinə yönəlmişdi. Matçın əvvəli mingəçevirlilərin üstünlüyü ilə keçsə də, “Qarabağ” vəziyyəti xeyirinə dəyişə bilib. Komanda fasiləyə 16:15 hesabı ilə irəlidə yollanıb.
İkinci yarı da gərgin idman mabarizəsində keçib. “Kür” həndbolçuları mübarizədə dönüş yaradıb və yekunda 1 top fərqi ilə qalib gəliblər-29:28. Bununla da “Kür” turnirin finalına yüksəlib. Onların həlledici oyundakı rəqibi “Azəryol” həndbolçuları olacaq.
Yeri gəlmişkən, “Azəryol” yarımfinalda “İdman Akademiyası” komandasından güclü olub. Rəqibinin ciddi müqaviməti ilə üzləşməyən “Azəryol” 45:28 hesabı ilə qələbə qazanıb.
Beləliklə, mayın 30-da keçiriləcək final qarşılaşmasında “Kür” və “Azəryol” kubokun sahibini müəyyənləşdirəcək.
Bakı EHF kuboku yarışlarında cavab görüşünü keçirib
2253
29.10.2022
"Məhsul" daha bir inamlı qələb qazanıb
2366
10.03.2020
Azərbaycan çempionatı: VI turun növbəti oyun gününün nəticələri
1445
03.11.2024
“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı
1967
17.03.2024
"Azəryol" növbəti qələbəni qazandı
2316
01.04.2018
Ölkə çempinatında 2-ci turun oyunları 3 gün ərzində keçiriləcək
191
09.12.2025
“Azəryol” gərgin mübarizədə “Nur”a qalib gəlib
2109
12.11.2017
“Kür” zirvəni qorumaqdadır
1119
24.04.2025