Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir

10.11.2022
2396
Paylaş:

Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir.


Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarış “AHF Arena” idman kompleksində keçiriləcək.


Aprelin 30-dək davam edəcək çempionatda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda qüvvəsini sınayacaq.


"Dairəvi” sistem ilə keçirilən turnir dörd dövrədən ibarətdir.


Azərbaycan Həndbol Federasiyası tərəfindən təyin olunan hakimlər kollegiyasının idarə etdiyi yarışlarda yeni qaydalar tətbiq olunacaq.


Əsasnaməyə uyğun olaraq, komandaya qələbəyə görə üç xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək.


Qalib komanda iki, məğlub isə bir xal qazanacaq.


Çempionatda ilk üç yeri tutan həndbolçular nazirliyin diplomları və Azərbaycan Həndbol Federasiyasının medalları ilə təltif olunacaq. Həmçinin qaliblərə federasiya tərəfindən qiymətli hədiyyələr veriləcək.


Kişilər arasında 28, qadınlar arasında isə 20 tur oynanılacaq.


Çempionat ölkəmizdə həndbolun populyarlaşması və inkişaf etdirilməsi, idman təşkilatlarında təlim–məşq işinin təkmilləşdirilməsi, məşqçilərin və mütəxəssislərin peşəkarlığının, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək ən güclü və perspektivli idmançıların aşkarlanması məqsədini daşıyır.

Digər Xəbərlər

Həndbol hakimlərimiz nüfuzlu yarışlarda

2302 21.04.2022

"Azəryol" liderliyi davam etdirir

2366 13.02.2020

“Azəryol” komandası yeni mövsümə hazırlığa start verib

2367 18.09.2022

Azərbaycan çempionatında növbəti turların oyunları keçirilib

2299 20.03.2023

Çempionluq mübarizəsi daha gərgin xarakter alıb

1852 22.04.2024

Millimiz məşqləri Mingəçevirdə davam etdirir

351 23.10.2025

Avropa Kuboku: Azəryol (Azərbaycan) - Qaliçanka (Ukrayna) 22:36 (12:15)

1495 05.10.2024

Zəfər Gününə həsr olunmuş zona yarışına start verilib

2219 07.11.2022