Kişi həndbolçuların başa çatan XXIX Azərbaycan çempionatının ən yaxşıları müəyyənləşib. Ölkə çempionu adına layiq görülən “İdman Akademiyası”nın 3 üzvü bu siyahıda yer alıb. Rəqib qapılarından daha çox top keçirən Fəda Yusifov ən yaxşı bombardir olub. Komandanın digər üzvləri - Hüseyn Qafarov ən yaxşı qapıçı, Sabir Nəzərəliyev ən yaxşı oyunçu statusunu qazanıb. “İdman Akademiyası”nın çalışdırıcısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.
Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov çempionatın ən yaxşı nümayəndəsi, Ələkbər Ağakişiyev - Ernest Ağakişi tandemi isə ən yaxşı hakimi olub.
Xatırladaq ki, “İdman Akademiyası” çempionatın qızıl, “Dinamo” gümüş, “Məhsul” bürünc medallarına sahib çıxıb.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
Avropa Kuboku, III mərhələ: Kür (Azərbaycan) - Haukar (İslandiya) 27:38 (13:16)
1227
01.12.2024
Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır
2295
02.03.2023
“İdman Akademiyası” komandası Azərbaycan çempionatına başçılıq edir
2345
10.04.2023
Mingəçevir zona yarışlarının qalibi olub
1180
24.03.2025
V-VI yerlər uğrunda növbəti oyunlar olacaq
1132
28.02.2025
Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub
1157
28.01.2025
Milli komandamız növbəti matça çıxıb
1971
14.10.2023
Azərbaycan çempionatı: "Azəryol" - "İdman Akademiyası" 38:23
1284
10.01.2025