Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, ölkə boyu, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun beynəlxalq normalara uyğun yenidən qurulması və inşasında xidmətlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə akademiyanın “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib.
Mükafatı Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov təqdim edib.
Azərbaycan Həndbol Federasiyasının kollektivi adından hörmətli Saleh müəllimi səmimi qəlbdən təbrik edir, ona şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
"Qarabağ" - "Azərsu" matçında gərgin mübarizə
2240
08.04.2018
Yeniyetmə həndbolçularımız beynəlxalq yarışlara hazırlaşırlar
2362
16.05.2018
İnkişaf etməkdə olan ölkələrin çempionatı: ABŞ- Azərbaycan 45:25 (19:11)
1404
13.03.2025
Azərbaycanlı hakimlər Avropa kubokunun 1/2 matçında
2386
17.03.2023
“IHF Trophy” turniri: Azərbaycan - Kosovo 24:34 (10:17)
293
27.11.2025
“Bakı-2017”: Qadın həndbolçularımız yarımfinala yüksəliblər
2364
11.05.2017
Milli komandamız Malta sınaqlarını başa vurdu
2366
13.01.2019
Azərsu – Olimpiya Tbilisi
2681
07.10.2018